CƏMİYYƏT
Bakıda küçəyə atılmış uşaq tapılıb – FOTO

Bakıda kimsəsiz azyaşlı tapılıb.
KAİM.az xəbər verir ki, gecə saatlarında Xətai rayonu Naximov küçəsində təxminən 4-5 yaş aralığında azyaşlı polislər tərəfindən tapılıb.
Azyaşlı ərazidə xidmət göstərən polislər tərəfindən sığınacağa gətirilib.
Loading...
Yazının davamı reklamdan sonra
Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, özünü Nərgiz kimi təqdim edən uşaq onu anasının qoyub getdiyini bildirib.
Hadisə şahidləri isə azyaşlını yaşlı bir qadının küçəyə buraxıb getdiyini deyiblər./apa
KAİM.az