Top.Mail.Ru
CƏMİYYƏT

Lahordakı festival çərçivəsində Xocalı soyqırımından bəhs edilib

Pakistan-Rumıniya Dostluq Cəmiyyətinin prezidenti, Azərbaycan diasporunun fəal üzvü Şəhla İsayevanın təşəbbüsü ilə Pakistanın Lahor şəhərində keçirilən “Property Festival” çərçivəsində Xocalı soyqırımının 29-ci ildönümü ilə əlaqədar məlumatlandırma aksiyası keçirilib.

KAİM.az xəbər verir ki, festival iştirakçılarına və Azərbaycana məxsus guşə ilə yaxından tanış olmaq istəyən pakistanlılara xalqımızın qan yaddaşı olan Xocalı soyqırımı, ermənilərin zaman-zaman xalqımıza qarşı törədikləri vəhşiliklər haqqında geniş məlumat verilib. Qonaqlara Xocalı soyqırımına dair məlumatları əks etdirən çap materialları, üzərində “Xocalıya ədalət” (“Justice for Khojaly”) yazısı olan köynəklər təqdim edilib.

Qeyd edək ki, 3 gün davam edən festivalda Azərbaycan guşəsində ölkəmizə və Türkiyəyə məxsus məhsullar, hədiyyələr və suvenirlər nümayiş etdirilib.

KAİM.az

KAİNAT TV-NİN NOVRUZ ŞƏNLİYİ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button