Top.Mail.Ru
CƏMİYYƏT

Vyanada Xocalı soyqırımına həsr edilmiş anım guşəsi təşkil olunub

Vyanadakı Azərbaycan Evində Xocalı soyqırımına həsr edilmiş anım guşəsi təşkil olunub.

Avstriyada fəaliyyət göstərən Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin (AZER-DER) təşkilatçılığı ilə Vyanadakı Azərbaycan Evində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım guşəsi təşkil olunub.

KAİM.az xəbər verir ki,”Xocalıya ədalət” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində gerçəkləşdirilən guşədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xocalı sakinlərinə qarşı törətdikləri soyqırımı aktının dəhşətlərini və acı nəticələrini əks etdirən çap materialları nümayiş olunub.

Avstriya siyasətçiləri, iş adamları, Azərbaycanın və Türkiyənin diaspor üzvləri anım guşəsini ziyarət ediblər. Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

KAİM.az

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button