Top.Mail.Ru
CƏMİYYƏT

ABŞ-ın Atlanta şəhərində Xocalı soyqırımına görə sərgi təşkil edilib-FOTO

Atlanta-Azərbaycan İcmasının üzvü Rəna Rzanın təşkilatçılığı ilə Corciya ştatının Atlanta şəhər meriyası və Kapitol binası qarşısında Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar sərgi təşkil edilib.

KAİM.az xəbər verir ki, “Xocalıya ədalət” (“Justice for Khojaly!”) beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində gerçəkləşdirilən sərgidə Xocalı soyqırımı qurbanlarının və II Qarabağ müharibəsi ərzində Ermənistan hərbi-siyasi rəhbərliyinin göstərişi ilə Azərbaycanın döyüş meydanından kənarda yerləşən Gəncə, Bərdə, Mingəçevir və digər şəhərlərinin bombardman edilməsi zamanı öldürülən mülki azərbaycanlıların fotoları nümayiş etdirilib.

Sərgi ilə maraqlanan yerli sakinlərə Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasəti, Xocalıda uşaqlar, qadınlar və qocalar da daxil olmaqla misli görünməmiş kütləvi qırğın törətməsi barədə ətraflı məlumat verilib.

KAİM.az

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button