Top.Mail.Ru
CƏMİYYƏT

Qazaxıstanın bəzi şəhərlərində Xocalı soyqırımı qurbanları yad edilib-TƏDBİR

Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayan tədbirdə Atayurd (Nomad) İctimai Birliyinin sədri Süleyman Əhmədov, Almatı şəhərində Azərbaycan diplomatik korpusunun nümayəndəsi Ülvi Baxşəliyev, Dünya Ahıska Türkləri Birliyinin rəhbəri Ziyəddin Kassanov, Qazaxıstandakı kürd icmasının sədri Knyaz Mirzəyev, “Birlik” ictimai təşkilatının sədri Rəfail Hacıbalayev və təşkilat üzvləri, “Qarabağ – Azərbaycan” Etnomədəni Birliyinin sədri Ramilə Mustafayeva və Birliyin bəzi üzvləri, Türküstan vilayətinin Karasu kənd icra hakimi Damir Sıdıkov, Xalq yazıçısı Amangeldi Kabılbekiv, Xocalı faciəsinin şahidləri Fehruz Əliyev və Fəyaz Axundov, Karasu kəndində fəaliyyət göstərən bazar günü məktəbinin müəllimi Orhan Cahangirli çıxış ediblər.

Tədbir iştirakçıları mənfur düşmənlərin xalqımızın başına gətirdikləri müsibətləri hiddətlə pisləyiblər. Bu amansız faciənin xalqımızın yaddaşından heç zaman silinməyəcəyi, dünya azərbaycanlılarının “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsi naminə fədakarlıqla çalışdıqlarını bildiriblər.

Tədbirlərdə Xocalıda yaşanan dəhşətli faciəni əks etdirən videoçarx, 44 gün davam edən müharibənin döyüş kadrları nümayiş olunub və məktəblilərin ifasında şerlər səsləndirilib.

Tədbirlərin sonunda bir daha bu cür hadisələrin baş verməməsi, günahsız insanların öldürülməməsi, dünyada sülhün bərqərar olması üçün Xocalı soyqırımının tanınması və cinayətkarların cəzalandırılması tələbi ilə beynəlxalq təşkilatlara çağırış edilib.

Tədbirlər çərçivəsində Xocalı soyqırımının dəhşətlərindən bəhs edən buklet və şəkillərdən ibarət guşə də yaradılıb.

KAİM.az

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button