Top.Mail.Ru
CƏMİYYƏT

SAXTAKARLIQ! Xocalı qurbanları xarici mətbuatda ermənilər kimi TƏQDİM EDİLDİ-FOTO

Avropada yaşayan soydaşlarımız Niderland Krallığında fəaliyyət göstərən, erməni faşisti və hərbi cinayətkar Qaregin Njdenin adını daşıyan radikal erməni təşkilatının növbəti təxribatını ifşa edib.

Avropa Azərbaycanlıları Media Qrupunun rəhbəri Emil Əliyev bildirib ki, bu təşkilat Azərbaycanın Niderland Krallığındakı səfirliyin qarşısında qondarma və uydurma “soyqrımlar anımı” aksiyasına çağırış edib. Bu məqsədilə sosial şəbəkələrdə və təşkilatın internet səhifəsində istifadə etdiyi elan posterində Xocalı soyqırımı qurbanları ermənilər kimi təqdim edilib.

Media Qrupu Niderland, İtaliya və Avropanın diqər ölkələrində yaşayan həmyerlimizlərlə birlikdə etiraz kampaniyasına başlayıb. Təşkilatın səhifəsinin şərh və mesaj bölümünə yüzlərlə şərh və mesaj yazan soydaşlarımız həmin paylaşımı sildirməyə nail olublar.

KAİM.az

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button