Top.Mail.Ru
CƏMİYYƏT

TƏCİLİ! Deputatdan rayonlara gediş-gəlişin bağlanması ilə əlaqəli AÇIQLAMA

“İnsanlar pandemiya ilə bağlı yenidən qapanma olacağından qorxur”.

KAİM.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa bildirib.

O hesab edir ki, əsas hədəf insanların çalışma yerindən uzaqlaşmaması və işləməsi olmalıdır. Deputat bildirib ki, sağlamlıq üçün epidemioloji vəziyyəti nəzarətə götürmək olar.

“Ancaq rayonlara gediş-gəlişi bağlamaq doğru deyil. Rayonlara gediş-gəliş açıq olmalıdır. Belə olan halda, şəhərdə tıxac da azalar. Hesab edirəm ki, vaksinasiyanı gücləndirmək lazımdır”, – deyə o təklif edib./oxu.az

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button