Top.Mail.Ru
bannerCƏMİYYƏT

SON DƏQİQƏ! SMS-icazənin tətbiqi ilə bağlı MÜHÜM AÇIQLAMA / VİDEO

Yoluxma sayındakı artım bir neçə gün də davam edərsə, bunu üçüncü dalğa kimi dəyərləndirə bilərik.

KAİM.az xəbər verir ki, bunu ARB24-ün “İş vaxtı” verilişinə müsahibəsində həkim Adil Qeybulla deyib.

O bildirib ki, karantin qaydalarına əməl edilməsə, daha sərt tədbirlərlə üz-üzə qalacağıq”.

“Epidemioloji vəziyyət pisləşərsə, bu, o deməkdir ki, mövcud situasiya infeksiyanın yayılmasını cilovlaya bilmir. Belə olan halda isə sərtləşdirilməyə gedilməli, müəyyən mənada təmasların azaldılmasına yönəlik digər qadağalar tətbiq edilməlidir. Hazırkı situasiya isə imkan vermir ki, infeksiyanın yayılması cilovlansın. Bu səbəbdən təmasların azaldılması istiqamətində qərarların verilməsi mümkündür. Risk qrupunda olan və vaksin olunmayan şəxslərə SMS-icazə və s. tətbiq edilə bilər”.

A.Qeybulla Azərbaycanda koronavirusa daha çox qadınların yoluxmasına da aydınlıq gətirib:

“Daha çox qadınların koronaya yoluxmasının səbəbi sosial faktorlardır. Çünki qadınlar daha çox ünsiyyətdə olurlar və yəqin ki, ünsiyyətdə olan zaman qaydaları daha çox pozurlar. Təmas nə qədər çox olarsa, yoluxma da o qədər çoxdur”.

Həkim onu da qeyd edib ki, ölkəmizdə qeydə alınan Britaniya ştammı ilə Cənubi Afrikada tapılan yeni növ virus oxşardır.

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button