Top.Mail.Ru
bannerCƏMİYYƏT

DİQQƏT! Maska ilə bağlı ABSURD QƏRAR – EKSPERT

Koronavirisun ölçüsü 0,1 mikrondur, adi tibbi maskaların məsamələri ən keyfiyyətli maskada 0,3 mikron, ən zayında isə 10 mikrona qədərdir.

KAİM.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib. O bildirib ki, bu halda maskanın qoruyuculuq imkanları məhdudlaşır:

“Doğrudur, insan öskürəndə və asqıranda koronavirus tüpürcək damlaları ilə birləşib yayıla bilər, o zaman damlacıq 1 mikrona qədər olur, amma bu, məhz qapalı məkanlar üçün keçərlidir, açıq havada həmin damlacıqlar effektini daha tez itirir. Nüfuzlu “Döyç Vell” (Deutsche Welle) nəşrinin yazdığına görə, Çində 7324 yoluxma halının tam xəritəsi və mümkün yoluxma anı araşdırılıb, tək 1 xəstənin açıq havada yoluxduğu təsdiq edilib.

Beləliklə, qapalı məkanlarda mütləq maska taxılmalıdır, çünki qorunmaq imkanı yaradır, amma açıq havada, özü də tək, ya ailə üzvləri ilə gəzərkən məcburi maska taxmaq qərarı absurddur, əksinə, insan psixikasına və sağlamlığına ziyandır”.

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button