Top.Mail.Ru
CƏMİYYƏT

TƏƏSSÜF: Azərbaycanın tanınmış televiziya rejissoru VƏFAT ETDİ

Azərbaycanın televiziya rejissoru, Əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə vəfat edib.

KAİM.az KONKRET.az-a istinadən xəbər verir ki, o, aprelin 8-də qəfil ürəktutmasından dünyasını dəyişib.

Qeyd edək ki, Məhərrəm Əlisəftər oğlu Bədirzadə 1945-ci ildə Bakıda dünyaya gəlib. 190 saylı orta məktəbi bitirib. Orta məktəbdə ikən pionerlər evində aktyor Süleyman Ələsgərovun təşkil etdiyi dram dərnəyinə gedib, sonra Lütfi Məmmədbəyov onu 26-lar adına Mədəniyyət Sarayına dəvət edib. Orada bir müddət həm rejissor assistenti, həm də aktyor kimi işləyib. 1963-1970-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsində, Mehdi Məmmədovun kursunda təhsil alıb. İnstitutu bitirdikdən sonra bir müddət radioda çalışıb.

Müəllimi Mehdi Məmmədov onu “Canlı meyit” tamaşasına rejissor assistenti götürüb. 1971-ci ildən televiziyada çalışmağa başlayıb. Televiziyada dövrün bir neçə verilişləri onun adı ilə bağlıdır: “Səhər görüşləri”, “Dalğa”, “Gəlin birlikdə gülək”, “Gəzdim Azərbaycanı”, “Günaydın”, “Ocaq başı”. “Sarı gəlin” televiziya filminə görə “Qızıl qılınc” mükafatı ilə təltif edilib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti olub. “Humay”, “Qızıl Dərviş” mükafatları laureatı, Əməkdar incəsənət xadimidir.

KAİM.az

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button