Top.Mail.Ru
CƏMİYYƏT

DİQQƏT! Paytaxtın iki küçəsində hərəkət dəyişdirildi – FOTO

Bakının Nəsimi rayonunda Üzeyir Hacıbəyli küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsində yol hərəkətinin təşkilində dəyişikliklər edilib.

KAİM.az xəbər verir ki, bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, Üzeyir Hacıbəyli küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsində Ü.Hacıbəyli küçəsi üzərində sağ zolaqda məcburi sağa əmr edən nişanlanma xətti düzünə və sağa nişanlanma xətti ilə əvəzlənib.

Eyni zamanda Ü.Hacıbəyli küçəsində zolaqlar üzrə hərəkət trayektoriyası (1,7 nişanlanma xətti) təşkil edilib, işıqfor obyektində daimi sağa bölməsi isə ləğv edilib.

“Həyata keçirilən dəyişikliklər küçələrin kəsişməsində hərəkəti buraxma qabiliyyətini 25 % artıracaq. Sürücülərdən dəyişiklikləri nəzərə almalarını və qaydalara riayət etmələrini xahiş edirik”, – deyə məlumatda qeyd olunub.

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button