Top.Mail.Ru

CƏMİYYƏT

“Qələbə bizimlədir!” – Millət vəkili Vüqar Bayramov – YENİLƏNİB

Bu gün Ermənistan silahlı qüvvələri yenidən genişmiqyaslı təxribat törədərək Füzuli rayonunun Alxanlı, Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Ağdam rayonunun Çıraqlı, Orta Qərvənd və Tərtər rayonunun Qapanlı kəndlərini intensiv atəşə tutub.

Kainat.tv-yə verilən məlumata görə millət vəkili Vüqar Bayramov qeyd edib ki, “yaranmış mövcud vəziyyətlə əlaqədar olaraq hazırda Füzuli rayonundayam. Mənfur düşmənin təxribat əməllərinə baxmayaraq, insanlarımızda böyük ruh yüksəkliyi və Ordumuza böyük güvən duyduqlarını müşahidə edirəm. Hər kəs qələbə xəbərini gözləyir.

Fəxr hissi ilə bildirim ki, yurdumuzun keşiyində dayanan şanlı Ordumuz düşmənin təxbirat əməllərinə layiqincə cavab verməkdədir.

Odur ki, qələbəmiz və doğma torpaqlarımıza qovuşmamız uzaqda deyil.

Qələbə bizimlədir!”

***

14:35

Millət vəkili Vüqar Bayramov cəbhə bölgəsində mövcud durumla bağlı fikirlərini bölüşdü.

Hazırda cəbhəyanı bölgəmizdə, Füzuli rayonunda olan millət vəkili Vüqar Bayramov döyüş
şəraitinin Ordumuzun tam nəzarəti altında olduğunu bildirir: “Kəndlərimizin, mülki
vətəndaşlarımızın düşmən atəşinə məruzqalma faktı var. Yaralanların sayı ilə bağlı
dəqiqləşdirmələr aparılır. Ancaq yüksək əhval-ruhiyyəsi, əzmkarlığı ilə seçilən Ordumuz düşmən
təxribatının qarşısını layiqincə almaqdadır.

Bu həssas məqamda milli birlik nümayiş etdirməyimiz də vətənpərvərlik hissinin göstərcisidir. Ali Baş Komandamıza, Ordumuza güvənərək tezliklə qələbə qazanacağımıza inanırıq. Bizim işimiz haqq işidir!”

Millət vəkili mövcud durumla bağlı davamlı olaraq insanları doğru məlumatlandırmağın,
dezinformasiyaların qarşısını almağın önəmini də vurğulayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button