Top.Mail.Ru
CƏMİYYƏT

Xarici 64 professor və müəllim bu ixtisaslar üzrə ADAU tələbələrinə mühazirə deyəcəklər

Azərbaycan Dövlət Aqrar Universitetinin elmi-tədris inkişafına dəstək məqsədilə xarici ölkələrin aparıcı təhsil müəssisələrinin mütəxəssisləri mühazirələrə cəlb olunub.

İmzalanmış əməkdaşlıq memorandumlarına əsasən, Ankara Universiteti (Türkiyə), Harran Universiteti (Türkiyə), Kazan Baytarlıq Akademiyası (Rusiya), Sankt-Peterburq Dövlət Baytarlıq Akademiyası (Rusiya), Timişoara Banat Kənd Təsərrüfatı və Baytarlıq Təbabəti Universiteti (Rumıniya) və Novo-Qoritsa Universitetinin (Sloveniya) professor-müəllim heyəti ADAU tələbələrinə aqrar ixtisaslar üzrə müxtəlif mövzularda mühazirə deyəcəklər. Ümumilikdə tədris prosesinə xarici universitetlərdən 64 professor və müəllimin cəlb olunması nəzərdə tutulur. ADAU-nun aqronomluq fakültəsinin tələbələrinə dərs deyəcək xarici müəllimlər arasında Nova Gorica Universitetinin prorektoru Mladen Franco da var.

Mühazirələr türk, ingilis və rus dillərində aparılacaq.

KAİM.az

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button