Top.Mail.Ru
CƏMİYYƏT

Bakı Dövlət Sirkində sirk korifeyləri ilə görüş keçirilib

Bakı Dövlət Sirkində “Dünya sirk günü” ilə bağlı görüş keçirilib. Görüşdə Azərbaycan sirk sənətinin tanınmış ustaları və Bakı Dövlət Sirki orkestrinin üzvləri iştirak ediblər.

Hər il aprel ayının 3-cü şənbə günü dünyada “Beynəlxalq sirk günü” kimi qeyd edilir. Əlamətdar gün 2009-cu ildə Avropa Sirk Assosiasiyası və Dünya Sirk Federasiyasının təşəbbüsü ilə təsis edilib. Bir çox ölkədə qeyd olunun bu günün məqsədi dünya mədəniyyətində sirk sənətinin yerini, bu sənətin mədəni irsə töhfələrini diqqətə çatdırmaqdır. Müasir dünyada sirk sənəti ölkələrin milli mədəniyyətinin mühüm bir hissəsini təşkil edir.

Bir sıra ölkələrin sirkləri isə konkret ölkə sərhədlərini aşaraq, dünya mədəniyyəti nümunəsi səviyyəsinə çatıb. Bu ölkələrdə sirk sənəti özünəməxsus, milli çalarlara malik olsa da, klassik sirk ənənələrini də saxlayıb.
Azərbaycanda da sirk sənətinin zəngin tarixi var. Ölkəmizdə bu sənətin ənənələri hələ qədim meydan tamaşalarında təşəkkül tapsa da, peşəkar sirk sənəti milli mədəniyyət nümunəsi olaraq 80 ilə yaxın tarixə malikdir. 1945-ci ildə Bakıda ilk sirk kollektivi yaradılıb, 1946-cı ildə ilk milli sirk tamaşaları nümayiş etdirilib.

Azərbaycan sirkinin korifeylərinin iştirak etdiyi görüşdə ölkəmizdə sirk tarixi, əldə edilmiş nailiyyətlər və Azərbaycan sirkinin müasir çağırışlara uyğun yenidən təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Bakı Dövlət Sirkinin direktoru Elmir Hüseynov Mədəniyyət Nazirliyi tərəfindən ölkəmizdə sirk sənətinin inkişafı istiqamətində geniş tədbirlər planının hazırlandığını diqqətə çatdırıb. Bildirib ki, məqsəd milli ənənələrlə müasirliyin sintezi əsasında müasir sirkin təşkilidir.

KAİM.az

KAİNAT TV-NİN NOVRUZ ŞƏNLİYİ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button