Top.Mail.Ru

bannerCƏMİYYƏT

Bakı metrosunun açılması ilə bağlı VACİB XƏBƏR – “2 saat səhər, 3 saat AXŞAM…”

Koronavirusla bağlı tətbiq olunan karantin rejimi səbəbindən Bakı metrosu uzun müddətdir fəaliyyət göstərmir. Bu səbəbdən sərnişin daşımaları bütünlüklə avtobusların üzərinə düşüb. Nəticədə günün pik saatlarında avtobus daynacaqlarında və avtobuslarda sıxlıq yaşanır, heç bir sosial məsafə gözlənilmir.

Bəs problemi aradan qaldırmaq üçün metronun fəaliyyəti müəyyən şərtlərlə bərpa edilə bilərmi?

KAİM.az-ın məlumatına görə, “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, insanların sağlamlığı metronun işləməməsindən daha vacibdir:

Loading...
Yazının davamı reklamdan sonra

“Nazirlər Kabinetinin qərarına ilə Bakı metrosunun fəaliyyəti dayandırıb. Bu, birbaşa virusun yayılma ehtimalı ilə əlaqəlidir. Qərarda da qeyd olunur ki, koronavirus infeksiyasının sürrətlə yayılmasının qarşısının alınması üçün bu kimi addımlar atılıb.

Bizim işimiz sərnişindaşımanı təşkil etməkdir, metronun açılması qərarı və bu kimi mövzular Nazirlər Kabineti yanında Operativ Qərargahın üzərinə düşür. Ötən ilin mart ayında metro 3 gün, gün ərzində 5 saat fəaliyyət göstərib – səhər 2 saat, axşam 3 saat. Yəqin ki, onun nəticəsi olaraq infeksiyaya yoluxanların sayında artım oldu, Operativ Qərərgah tərəfindən təhlil edildi və metronun fəaliyyəti yenidən dayandırıldı. Metronun nə vaxt açılacağı barədə qərar ancaq Operativ Qərərgahın peşəkar yanaşmasından sonra verilə bilər”, – deyə Bəxtiyar Məmmədov əlavə edib. / redaktor.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button