Top.Mail.Ru
CƏMİYYƏT

Azərbaycan-Yaponiya Dostluq Mərkəzi “erməni soyqırımı” ilə bağlı bəyanat yayıb – FOTO

Tokio şəhərində fəaliyyət göstərən Azərbaycan–Yaponiya Dostluq Mərkəzi ermənilərin soyqırımı iddialarının əsassız və saxta olması ilə bağlı bəyanat yayıb.

KAİM.az xəbər verir ki, Mərkəzin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər bildirib ki, bəyanat Yaponiya parlamentinə, hökumətinə, kütləvi-informasiya vasitələrinə, beyin mərkəzlərinə və qeyri-hökumət təşkilatlarına ünvanlanıb. Bəyanatda qeyd edilib ki, tarixi mənbələr 1915-ci ildə baş verən hadisələr zamanı məhz ermənilərin milli və dini mənsubiyyətinə görə silahsız, əliyalın türklərə divan tutduğunu, minlərlə türk-müsəlman kəndlərini yandırdığını, on minlərlə dinc sakini qətlə yetirdiyini göstərir.

Sənəddə qondarma “soyqırımı” məsələsinin ermənilər tərəfindən uydurulduğu vurğulanmaqla yanaşı, Ermənistanın 30 ilə yaxın müddət ərzində əzəli Azərbaycan torpaqlarını işğal etdiyinə, ötən ilin payızında baş vermis 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinə diqqət cəlb olunub. Nəzərə şatdırılıb ki, müharibə başa çatsa da rəsmi İrəvan Ermənistan ordusu tərəfindən Azərbaycanın Qarabağ bölgəsində basdırılmış çoxlu sayda minalar barədə xəritələri indiyədək ölkəmizə təhvil verməkdən imtina edir, beynəlxalq humanitar hüququ kobudcasına pozur, öz beynəlxalq öhdəliklərinə əməl etmir.

Beləliklə də Ermənistan hökumətinin etnik azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıtmasına əngəl törətməyə çalışdığı və bununla da daha bir hərbi cinayətə yol verdiyi bildirilib.

Azərbaycan–Yaponiya Dostluq Mərkəzi dünya ictimaiyyətini Ermənistanın beynəlxalq öhdəliklərini pozmasına, minaların xəritələrini Azərbaycana təhvil verməkdən imtina etməsinə göz yummamağa çağırıb.

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button