Top.Mail.Ru
CƏMİYYƏT

Paşinyan “soyqırım” yalanı qarşılığında ABŞ-a nə VƏD EDİB? – SENSASİON İDDİA

Baydenin açıqlaması dünya mediasında ciddi reaksiya doğurub; “Bunun müqabilində amerikalılar ondan anti-Rusiya addımları atmağı istəyəcəklər”

ABŞ prezidenti Cozef Baydenin 106 il əvvəl Osmanlı imperiyasında baş vermiş hadisələri “erməni soyqırımı” adlandırması dünya mediasında da ciddi reaksiya yaradıb. 

“Türkiyə ilə münasibətləri korlamaq istəməyən ABŞ-ın ən yüksək rəhbərliyi son anadək Birinci Dünya müharibəsi dövründə ermənilərin Osmanlı imperiyasındakı faciəsindən bəhs edərkən “soyqırım” ifadəsindən yayınırdı. Həm Barak Obama, həm də Donald Tramp Ankaranı qəzəbləndirməmək üçün “soyqırım” sözünü işlətməkdən çəkindilər” deyə, CNN qeyd edir. CNN bildirir ki,  2019-cu ildə ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatı Osmanlı imperiyasında “soyqırım”ın tanınmasına dair qətnaməyə səs veriblər. İndi isə Bayden bu “tabunu” pozdu”. CNN-in qeyd edir ki, Baydenin bu açıqlamasının Türkiyə üçün heç bir yeni hüquqi nəticəsi olmayacaq, yalnız diplomatik gərginlik yaradacaq.

“Bu, ciddi anlamda simvolik bir açıqlamdır” deyə, “Reuters” vurğulayır. “Reuters”ə görə, Ağ Ev sahibinin açıqlaması Ankara və Vaşinqtonun bir çox məsələdə dərin siyasi parçalanmalarla üzləşdiyi bir vaxta təsadüf edir. “Son illərdə Türkiyə ilə ABŞ arasında münasibətlər müxtəlif məsələlərdə – türklərin Rusiya S-400 sistemlərini almasından tutmuş, Suriyadakı vəziyyətə qədər fikir ayrılıqları var. NATO müttəfiqi olan dövlətlər arasındakı münasibətlərin səviyyəsi o qədər aşağı həddə çatıb ki, Vaşinqton Ankaranın reaksiyasından xüsusi narahat olmadan bu cür addıma getdi”.

Rusiya mediası da Baydenin açıqlamasına geniş yer ayırıb. Kp.ru yazır ki, Türkiyə uzun illər ABŞ-ın Orta Şərqdəki ən əhəmiyyətli müttəfiqi, NATO-nun ikinci ən güclü üzvü idi. “Ancaq son on ildə Ankara öz siyasətini quraraq supergüc olmaq arzusu ilə bağlı daha yüksək səslə danışdı. Bu isə amerikalıların hədəfləri ilə üst-üstə düşmür.Məsələn, Rusiya və İranla birlikdə Türkiyə Suriyada sülh yolu ilə nizamlama ilə uğurla məşğul olur, Vaşinqton üçün isə əksinə, orada xaos yaratmaq daha faydalıdır. Bu fonda son beş ildə Ankara getdikcə Moskvaya daha da yaxınlaşdı. Bir sıra sahələrdə əməkdaşlıq güclənir – S-400 zenit sistemlərini alınması, Türkiyədə Akkuyu AES-in  inşası və “Türk axını” qaz kəməri ilə mavi yanacaq tədarükünü nəzərə alsaq, ABŞ-ın inadkar ortağını cəzalandırmaq üçün bəhanə axtarması təəccüblü deyil. Erməni xalqının tarixi faciəsindən istifadə bunun üçün fürsətdir”deyə, nəşr yazır.

Bəs, Baydenin çıxışından məmnun olaraq ona dərhal təşəkkür yazan Ermənistanın istefa vermiş baş naziri Nikol Paşinyanın çıxarları nə olacaq? Rusiya nəşri yazır ki, Qarabağdakı hərbi məğlubiyyətdən sonra İrəvanda kütləvi etiraz aksiyaları səngimir. “Gərginlik səbəbindən Nikol Paşinyan 2021-ci ilin iyun ayına erkən seçki təyin etmək məcburiyyətində qaldı. Əlbəttə ki, Paşinyan qazanacağına ümid edir.Bu səbəbdən,  “soyqırımın” “tanıması” bir neçə problemi həll edə bilər. Bir tərəfdən, türklərin burnuna vurmaq.  Digər tərəfdən, Paşinyana və onun seçicilərinə göstərmək ki, baxın, Qərb sizin yanınızdadır. Bu, son bir ildə Ermənistandakı hakim “Mənim addımım” koalisiyasının 30 faizə düşmüş reytinqini qaldıra bilər.” Nəhayət Rusiya nəşri sual edir: “Ancaq bunun müqabilində amerikalılar daima Paşinyandan hər hansı anti-Rusiya addımı atmağı istəyəcə biləcəklər”.

Yeri gəlmişkən, erməni millətçisi kimi tanınan jurnalist Marqarita Simonyan Baydenin “soyqırım” sözlərini sərt tənqid edib. Jurnalist deyib ki, ABŞ-ın indi “soyqırım” deməsinin heç bir mənası yoxdur, bunu Türkiyə ilə siyasi dartışmaları olduğu üçün ediblər. O, Baydenin açıqlamasını “erməni xalqına paylama(podaçka-red)” kimi qiymətləndirib.

Kremlin bu məsələdə hansı mövqe tutmasına gəlincə, nəşr yazır ki, “Rusiya bütün Avrasiya tərəfdaşları ilə uğurla əlaqələr quran nadir dünya oyunçularından biridir: Hindistanla, Çinlə, israillilərlə, ərəblərlə və nəhayət, Ermənistanla və Türkiyə ilə. Bu bizim üstünlüyümüzdür”.

Musavat.com

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button