Top.Mail.Ru

CƏMİYYƏT

Xankəndidən kütləvi qaçış başladı – Əhali pərakəndə təxliyə olunur – Video

İşğal olunmuş Dağlıq Qarabağın Xankəndi (Stepanakert) rayonunda ermənilərin özbaşına təxliyəsi həyata keçirilir.

Correct.az xəbər verir ki, bu barədə “İzvestiya”nın bölgəyə ezam olunmuş müxbiri bildirib.

Onun sözlərinə görə, insanlar kütləvi şəkildə İrəvana göndərilir: “Onları dərhal göndərirlər. Təxliyə olunanların İrəvanda heç bir qohumu və qalacağı yer yoxdur. Ancaq onlara orada mütləq qarşılanacaqlarını vəd edirlər. Onları yalnız könüllü avtobuslar daşıyır. Polis şəhərdə hərəkəti dayandırır. Yoldan keçənlər bu ailələri pulsuz olaraq özləri ilə İrəvana aparırlar”.

Loading...
Yazının davamı reklamdan sonra

Xəbərdə bildirilir ki, Azərbaycan Ordusu hazırda Füzuli şəhəri istiqamətində Dağlıq Qarabağa hücumlarını davam etdirir.

Qeyd edək ki, Dağlıq Qarabağda təmas xəttindəki vəziyyət sentyabrın 27-də kəskinləşib. Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki yaşayış məntəqələrini atəşə tutduğunu elan edib və Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlayıb.

Qondarma Dağlıq Qarabağ Respublikasında hərbi vəziyyət və ümumi səfərbərlik elan edilib. Ermənistan hökuməti oxşar tədbirlər görüb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button