Top.Mail.Ru
CƏMİYYƏT

I sinfə qəbulla bağlı “Whatsapp” hesabı YARADILDI

Təhsil Nazirliyi tərəfindən birinci sinfə şagird qəbulu ilə bağlı “Whatsapp” hesabı yaradılıb.

Nazirlikdən KAİM.az-a verilən məlumata görə, vətəndaşlar həmin “Whatsapp” platforması vasitəsilə də 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu prosesinin həyata keçirilməsinə dair suallara cavab tapa biləcəklər. Məqsəd birinci sinfə qəbul prosesi zamanı yaranmış sualları, həmçinin müraciətləri daha çevik və operativ cavablandırmaqdır.

Qeyd edək ki, 27 aprel saat 11:00-da növbəti tədris ili üzrə I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına start verilib. Məktəb seçimi prosesinə isə aprelin 29-dan başlanılacaq. Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az  elektron portalı vasitəsilə aparılır. (APA)

Keçid: https://api.whatsapp.com/send/?phone=994512067848

“Whatsapp” nömrə: (+994) 51 206 78 48

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button