Top.Mail.Ru
CƏMİYYƏT

Diaspor təşkilatları beynəlxalq qurumlardan Ermənistanla bağlı cavab TƏLƏB EDİR

Diasporla İş üzrə Dövlət Komitəsindən KAİM.az-a verilən məlumata görə, Özbəkistan, Qazaxıstanın Kostanay vilayəti və Qırğızıstanda fəaliyyət göstərən Respublika Azərbaycan Mədəniyyət Mərkəzi, “Birlik” ictimai təşkilatı və “Türkdilli dövlətlərin siyasətinə dəstək fondu” Ermənistanın mina xəritələrinə dair yolverilməz davranışına və ABŞ Prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı mövqeyinə kəskin etirazlarını bildiriblər.

Keçirilən tədbirlərdə Respublika Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Firdovsi Hüseynov, “Birlik” ictimai təşlilatının sədri Rәfail Hacibalayev və diaspor təşkilatlarının üzvləri çıxış ediblər. Bildirilib ki, 44 günlük Vətən müharibə nəticəsində əldə olunan parlaq Qələbədən sonra Azərbaycan dövləti yüz minlərlə insanın öz doğma ata-baba ocaqlarına qayıtmasını təmin etmək məqsədilə bütün imkanlarını azad olunmuş ərazilərdə infrastruktur layihələrinin həyata keçirilməsinə və bərpa işlərinin aparılmasına yönəldib. Lakin Ermənistan hökumətinin mina xəritələrinin təhvil verməkdən imtina etməsi bu prosesə böyün əngəl yaradır. Qeyd edilib ki, bu yolverilməz davranışı, saxta soyqırım iddiaları ilə dünyanı çaşdırmağa cəhd etməsi, İrəvanda Azərbaycan və Türkiyə bayraqlarının yandırılması Ermənistanın bölgədə sülh və əmin-amanlıq tərəfdarı olmadığını və beynəlxalq öhdəliklərinə məhəl qoymadığını göstərir. Tədbir iştirakçıları dünya birliyini və beynəlxalq təşkilatları bu məsələnin dərhal və qeyd-şərtsiz həlli naminə Ermənistana təzyiq göstərməyə çağırıblar.

“Türkdilli dövlətlərin siyasətinə dəstək fondu”nun rəhbəri Nüsrət Məmmədovun imzası ilə beynəlxalq təşkilatlara, Türkiyənin və ABŞ-ın Qırğızıstandakı səfirliklərinə ünvanlanan bəyanatda ermənilərin soyqırımı iddialarının yalan olduğu, tarixi faktların saxtalaşdırılması və ekspansiya siyasətini təkcə qardaş Türkiyəyə deyil, uzun illər ərzində Azərbaycana qarşı (31 mart və Xocalı soyqırımları) da həyata keçirdikləri yada salınıb. Hər zaman qardaş Türkiyənin yanında olduğunu bəyan edən fond ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pislədiklərini nəzərə çatdırıb.

Bəyanatda BMT-nin 3 dəfə (2000, 2007 və 2015-ci illər) Osmanlı ermənilərinin tarixi mübahisəsinin soyqırımı olmadığını və 2016-cı ildə isə “Doğu Perinçek İsveçrəyə qarşı” işinə baxan Avropa İnsan Hüquqları Məhkəməsinin Ermənistanla bağlı halın soyqırımı kimi sübut edilmədiyini elan etdikləri vurğulanıb. ABŞ Prezidentindən sözügedən qərarlara hörmətlə yanaşması, soyqırımla əlaqədar bütün dəlilləri ortaya qoyması tələb edilib, müxtəlif xalqlara qarşı soyqırımlar törədən ölkəsinin tarixinə nəzər salması tövsiyə edilib.

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button