Top.Mail.Ru
CƏMİYYƏT

Türkiyə Vəkilləri Assosiasiyası soyqırımı böhtanına qarşı mücadilə aparacağını BƏYAN ETDİ

Soydaşlarımızın da təmsil olunduğu Türkiyə Vəkilləri Assosiasiyası (Türkiye Barolar Birliyi) ermənilərin 24 aprel qondarma soyqırımı iddiası ilə bağlı bəyanatla çıxış edib.

KAİM.az-ın xəbərinə görə, bəyanatda bildirilib ki, assosiasiya soyqırım iftirasına qarşı hüquq və tarixi reallıq baxımından mücadilə aparılmasının vacib olduğuna inanır. “İllər keçdikcə siyasi motivli bu ittihamların həqiqətə hörmətlə əvəzlənməsi baş verməlidir, amma əksinə olur”.

Bəyanatda I Dünya müharibəsi zamanı Osmanlı Türkiyəsini parçalamaq niyyətilə xaricdən idarə olunan erməni silahlı dəstələrinin törətdikləri dəhşətli cinayətlərə, 27 may 1915-ci ildə qüvvəyə minən Deportasiya haqqında qanuna diqqət cəlb edilib. Qeyd edilib ki, Osmanlı dövlətinin bəzi vətəndaşlarını digər regiona köçürməsinin soyqırımı kimi qələmə verilməsinin arxasında başqa niyyətlər dayanır və artıq Türkiyəyə qarşı şantaja çevrilməkdədir. “Müharibə şəraitində yaşanan, əsla etnik təmizlənmə və soyqırımı məqsədi güdməyən bir hadisənin aradan keçən 106 ilə rəğmən, üstəlik dozasının getdikcə artırılaraq, Türk Millətinə və Tükiyəyə yönəlik şantaja çevrilməsi qəbul edilə bilməz”.

Türkiyə Vəkilləri Assosiasiyası bəyan edib ki, hüquq və gerçəklik parametrlərinə uyğun gəlməyən bu haqsız və məkrli iftiralara qarşı hüquq zəminində mücadiləni hər şəraitdə davam etdirəcək.

KAİNAT TV-NİN NOVRUZ ŞƏNLİYİ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button