Top.Mail.Ru
bannerCƏMİYYƏT

TƏCİLİ! Xudayarımızı təhqir edən şəxsi döyənlər HƏBS EDİLİR? – DİN AÇIQLADI

Şəhid Xudayar Yusifzadə barədə sosial şəbəkələrdə ironik status paylaşdığına görə həmin postu yazan şəxsi döyənlərin həbs edilməsi məsələsinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov aydınlıq gətirib.

KAİM.az-ın xəbərinə görə, o bildirib ki, hazırda həbs olunan yoxdur:

“Xəbər verildiyi kimi artıq qanunun tələbinə uğun olaraq həmin fakt üzrə cinayət işi başladılıb və istintaq aparılır. Tərəflər dindirilib, ifadələri alınıb, lakin hələlik həbs olunan yoxdur. İstintaq prosesində tərəflər barışmaq niyyətində olduqlarını da bildiriblər. Barışıq barədə rəsmi müraciət edərlərsə, prosessual qanunvericiliyə uyğun olaraq bu, nəzərə alınacaqdır”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button