Top.Mail.Ru
CƏMİYYƏT

Azad Rəhimov DƏFN EDİLDİ – YENİLƏNİB

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov dəfn edilib.

KAİM.az xəbər verir ki, mərhumun cənazəsi II Fəxri xiyabanda torpağa tapşırılıb.

Mərasimdə dövlət və hökumət rəsmiləri, mərhumun yaxınları iştirak ediblər.

***

1 may 19:00

Mərhum nazir Azad Rəhimov 2-ci Fəxri Xiyabanda dəfn ediləcək.

KAİM.az xəbər verir ki, dəfndə məhrum nazirin ailə üzvləri ilə yanaşı, Gənclər və İdman nazirinin müavinləri və Bakı meri Eldar Əzizov iştirak edəcək. / unikal.org

***

1 may 15:00

Ötən gün vəfat edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun dəfn mərasimi məhdud sayda insanın iştirakı ilə keçiriləcək.

KAİM.az xəbər verir ki, bu barədə nazirliyin Mətbuat katibi Səmayə Məmmədova məlumat verib.

Onun sözlərinə görə, mərasim mərhumun ailə üzvləri olmaqla təşkil olunacaq:

“Dəfn mərasiminin harada və nə vaxt olacağı barədə mənə heç bir məlumat verilmir. Belə başa düşürəm ki, ictimai xadim olduğuna görə cənab nazirin dəfni dövlət səviyyəsində həyata keçiriləcək”.

Qeyd edək ki, Azad Rəhimov ABŞ-da müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

***

30 aprel 23:30

ABŞ-da vəfat edən Gənclər və İdman naziri Azad Rəhimovun nəşi artıq Bakıya gətirilib.

KAİM.az xəbər verir ki, A. Rəhimov sabah dəfn ediləcək.

***

Gənclər və İdman naziri Azad Rəhimov vəfat edib.

Bu barədə Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova sosial şəbəkədə məlumat paylaşıb.

Nazir bir müddətdir ki, ABŞ-da ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə olunurdu.

Rəhimov Azad Arif oğlu 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olub. 1971-1981-ci illərdə Bakı şəhərində, 134 saylı məktəbdə orta təhsil alıb.

1981-1986-cı illərdə Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsində ingilis dili müəllimi ixtisası üzrə ali təhsil alıb.

Əmək fəaliyyətinə 1984-cü ildə Xətai rayonu 245 saylı məktəbdə komsomol katibi vəzifəsi ilə başlayıb. 1986-cı ilin iyun ayından 1987-ci ilin noyabr ayınadək Moskva şəhərində həqiqi hərbi xidmətdə olub.

1987-1989-cu illərdə Azərbaycan LKGJ Xətai rayon komitəsində şöbə müdiri, 1989-1990-cü illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifəsində işləyib. 1994-1998-ci illərdə “Ros-İMESKO” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru, 1998-ci ildən 7 fevral 2006-cı il tarixədək “İtaldizayn” Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində işləyib.

Azərbaycan Respublikası Prezidentinin № 175 nömrəli, 7 fevral 2006-cı il tarixli Sərəncamı ilə Gənclər və İdman Naziri vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2015-ci il tarixli Sərəncamı ilə “Şöhrət” ordeni, 24 iyul 2019-cu il tarixli sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Fövqaladə Hallar Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Dövlət Təhlükəsizlik Xidmətinin medalları ilə təltif edilib.

Mərhumun bir övladı var.

Allah rəhmət eləsin!

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button