Top.Mail.Ru
CƏMİYYƏT

“Böyük Qayıdış” qısametrajlı film layihələri müsabiqəsinin qalibləri BƏLLİ OLDU

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin sonuncu – Pitçinq  mərhələsi cari ilin aprel ayının  27-də  Azərbaycan Dövlət Film Fondunda keçirilmiş və şəfaflığın qorunması məqsədi ilə Pitçinq Dövlət Film Fondunun rəsmi “YouTube” kanalı vasitəsilə canlı yayımlanmışdır.

Milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan dövlət studiyalarının və müstəqil prodüser mərkəzlərinin fəaliyyətini stimullaşdırmaq, habelə Vətən müharibəsində qazanılmış Böyük Zəfərə kino vasitəsilə töhfə vermək məqsədilə elan olunmuş müsabiqənin Pitçinq mərhələsində iştirak hüququ qazanan 26 layihə Münsiflər heyəti tərəfindən bədii-kinematoqrafik keyfiyyətləri nəzərə alınaraq qiymətləndirilmişdir.

Seçim prosesi münsiflərin açıq səsverməsi yolu ilə həyata keçirilmiş, 7 münsifdən 2-si bitərəf qalmış, 5-nin səs çoxluğu ilə aşağıdakı 11 layihə qalib seçilmişdir:

BƏDİİ FİLMLƏR

Təqdim edən şirkət Layihənin adı
1 “İnteraz Media and Broadcasting” MMC “Tanrının nəbzi”
2 “Mozalan” studiyası MMC “İkinci planetin qırmızı rəngi”
3 “Karvan production” MMC “Arxa cəbhə”
4 “Debüt” studiyası “İki gün”
5 “Ultra Production” MMC “Hasar”

SƏNƏDLİ FİLMLƏR

Təqdim edən şirkət Layihənin adı
1 C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası “Fulya”
2 C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası “Müharibənin uşaqları”
3 “Balans” MMC “Çin olan gizlinlər”
4 “Debüt” studiyası “Evimin səsi”

ANİMASİYA FİLMLƏRİ

Təqdim edən şirkət Layihənin adı
1 “Birlik kinostudiyası” MMC “Qarabağ nağılı”
2 “OB Film” MMC “Tarix”

Qeyd edək ki,  müsabiqənin Pitçinq prosesini aşağıdakı linkdən izləmək olar:

https://www.youtube.com/watch?v=5Kd0ddaBxsc

KAİM.az

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button