Top.Mail.Ru
CƏMİYYƏT

Sahibkarlardan daha bir veterana qarşı LAQEYDLİK – “Müharibə iştirakçıları BİZƏ SƏRF ELƏMİR”

İkinci Vətən müharibəsi iştirakçısı Babazadə Səbuhi Əlisafa oğlu bəzi sahibkarların veteranlara qarşı ilginc münasibət bəsləməsinə görə təəssüf hissi keçirdiyini bildirir. 

Qeydiyyatda Ucar rayonu Lək kəndində olsa da, valideynlərinin işi ilə əlaqədar 15 ildən çoxdur ki, Bakı şəhəri Binəqədi rayonu , Rəsulzadə Qəsəbəsində kirayədə məskunlaşan qəhrəmanımız Səbuhi Vətənin dar günündə silaha sarılaraq düşməni işğal edilmiş torpaqlarımızdan təmizləmək üçün Ali Baş Komandanın “Dəmir yumruq “ əməliyyatına böyük həvəslə qoşulmuşdur.

Təsəvvür edin, 20 sentyabrda ailə həyatı quran bir gənc 21 sentyabrda bir günün gəlinini evdə valideynlərinə əmanət edərək səfərbərliyə qoşulmaq qərarına gəlir. Özü boyda ürəyi olan Səbuhi Vətənini və millətini ailəsindən üstün tutaraq 21 sentyabr 2020-ci il tarixdə hərbi təlimlərdə iştirak edərək, 27 sentyabrda döyüş başlanan gündən son günə qədər silahdaşları ilə birgə  cəbhənin müxtəlif istiqamətlərində yağı düşmənə qan uddurmuşdur. O, Tərtər rayonunun bir neçə kəndinin, Suqovuşan qəsəbəsinin, Ağdərə yüksəkliklərinin, Xocavəndin kəndlərinin azad olunmasında, düşmənin canlı və cansız qüvvəsinin məhv edilməsində yaxından iştirak etmişdir.

Ordumuzun çaldığı Zəfər tarixində Səbuhi qardaşımızın da imzası var. Hal hazırda Səbuhi tərxis olunub. Lakin, işsiz olduğu üçün bir neçə aidiyyəti yerlərə müraciət etsə də müsbət nəticə əldə edə bilməmişdir.

Qəhrəmanımız Səbuhi deyir ki, bu yaxınlarda iş elanı vermiş bir şirkətə müraciət etdim. Dedilər ki, müharibədə iştirak etdiyin üçün sən bizə sərfəli işçi ola bilməzsən. Deyir, mən başa düşmürəm, səni, şirkətini, ailəni qorumağa ölümü gözə almağım sərf edir, amma işlə təmin olunmağım sərf etmir…!?

Təəssüf ki, Səbuhinin telefonundan silinib həmin nömrə və hansı nömrə olduğunu yadına da sala bilmir. Baxın bu cür münasibət Vətən yolunda canını, qanını belə fəda etməyə hazır olan igidlərimizi ruhdan düşürür, incik salır. Bu incikliyi yaradan, Dövlətin siyasətini gözdən salan ünsürlər hər kəs tərəfindən qınanmalı və layiq olduğu münasibət göstərilməlidir ki, belə haqsız rəftara yol verməsinlər.

Ölkəmizdə Şəhidinə, qazisinə, veteranına, əsgərinə heç bir mənfi münasibət bəsləyən hər hansısa bir şirkət, idarə, müəssisə, vətəndaş olmamalıdır…

Ümid edirik ki, Səbuhi qardaşımız tezliklə hər hansısa bir işlə təmin olunacaq və ailəsini dolandırmaq üçün cibində çörəkpulusu olacaq.

Əlaqə: 055 543 31 88

ƏKBƏR SADİYEV

TURKAZİNFO.COM

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button