Top.Mail.Ru
CƏMİYYƏT

Binəqədi və Abşeronda tullantıların qalaqlanması halları AŞKARLANDI – FOTO

Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində profilaktik tədbirlər davam etdirilir

KAİM.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

Mayın 1-də Abşeron rayonunun Mehdiabad qəsəbəsində keçirilən tədbir zamanı qəsəbə ərazisində sənaye və məişət tullantılarının qalaqlanması aşkar edilib. İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduğuna görə Mehdiabad Bələdiyyəsinin sədri V.Hüseynov barəsində protokol tərtib edilərək 3000 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.

Binəqədi rayonu ərazisində keçirilən tədbir zamanı isə Biləcəri qəsəbəsinin Vağzalyanı küçəsindəki binaların birinin həyətində bərk tullantıların qalaqlanması aşkar edilib. Həmin binada yaşayan vətəndaş Y.Rəcəbov  barəsində də İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə protokol tərtib edilərək 500 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button