Top.Mail.Ru
bannerCƏMİYYƏT

Həbs edilən başçı “içəridə” KEF EDİR: Türmədəki qiymətlər

Yenicə həbsdən azad olunan jurnalist Zaur Qənbərov Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev və onun müavini Ramiz Tatarovun həbs həyatı haqda maraqlı status paylaşıb. Jurnalist Gəncə İstintaq Təcridxanasında qeyri-rəsmi yığımlar haqda da qeydlər edib.

Sfera.az Zaur Qənbərovun statusunu təqdim edir:
Alimpaşa Məmmədovun həbsindən sonra icra strukturu əməkdaşlarının həbsi yenə də davam edir. Ağstafa rayon Həsənsu kənd icra nümayəndəsi Vəkil Vəliyev həbs edilib.
Ümumiyyətlə vəzifəli şəxslərin həbsi onlarda heç nəyi dəyişmir. Necə azadlıqda, vəzifədə olarkən rüşvət, yeyinti hesabına eyş-işrətlərindən qalmırdılarsa, eynisi həbsdə də davam edir.
Bunu şahidi olduğum fakta əsaslanıb deyirəm.
Ağstafanın həbs olunan icra başçısı Nizaməddin Quliyev və onu müavini Ramiz Tatarov Gəncə şəhəri 2 saylı İstintaq Təcridxanasında (Gəncə türməsində) mənimlə birlikdə həbsdə idilər.
Öncəliklə Gəncə türməsində olan müəyyən məsələləri qeyd edim (orda verilən işgəncələrdən və yığılan rüşvətin hara getdiyini ayrıca yazacam). İndi rüşvət və yeyintinin nədən yığıldığını qeyd edim.
Qanunsuzluqlar aşağıdakılardır:

1. Məhbus yaxınları ilə görüş – 70 manat;

2. Məhbus yaxınları ilə telefon danışığı – dəqiqəsi 1 manat;

3. Məhbusa yaxınları pul gətiribsə – hər 100 manata görə 10 manat pul tuturlar;

4. Məhbuslar tərəfindən təmir edilən supertəmirli otaqlar həmin məhbus Cəzaçəkmə Müəssisəsinə (zona) getdikdən sonra, hər çarpayı növbəti gələn imkanlı məhbusa 500-1000 manata satılır;

5. Hamama 5 manat verməsən suyu gah isti, gah da soyuq buraxırlar;

6. 1 otaqdakı məhbuslardan hər ay 75 manat işıq və televizor pulu alınır. Təxmini 100-ə yaxın otaq var;

7. Sadə, təmirsiz otaqdan digər təmirsiz otağa keçmək – 50 manat;

8. CCM (zona) getmək istəməyən məhbusun işləyən məhbusların otağına keçmək qaydası var. 65 nömrəli otağa. Əgər həmin işçiləri otağına keçib də işləmək istəmirsənsə, ayda 100 manat verməlisən;

9. İşçilərin otağına keçmədən öz otağında qalaraq CCM-ə getmək istəmirsənsə, həftədə 100 manat ödəməlisən;

10. Türmənin suyuna nəsə qatırlar, üzünə dəhşət yağlı ərp yığılır. Məcbur içməyə suyu mağazadan alırsan. Su 1 manatdır;

11. Pəncərədən başqa otaqdakı məhbusla danışırsansa, 5 manat ödəməlisən;

12. Yemək qəsdən yararsız və kefiyyətsiz bişirilir. Yeyəndə mədə və bağırsaq xəstəliyi qaçılmazdır. Bu, qəsdən edilir. Məcbur ya evdən gətirtməlisən, ya mağazadan almalısan. Yemək yeyilmədiyinə görə məhbus sayına görə deyil, çox az bişirilir. Bişirilməyən yeməyin yağı, makaronu, əti, kələmi və s. çiy halda içəridəki mağazaya qoyularaq məhbusa satılır. Məsələn, dövlət tərəfindən verilən, lakin içəridəki mağazada satılan makaronun 1 kq-ı 1 manatdır;

13. Sovqatı otaqlara daşıyan işçi məhbuslar hər gün 6 manat rəhbərliyə pul ödəməlidir. O da sovqat yiyəsindən məcbur 1 manat, yaxud 1 paçka siqaret almalıdır;

14. İçəridəki mağazada hər şey çöldəkindən 50 faiz bahadır. Məsəsələn, 50 qəpiklik filtirsiz siqaret içəridəki mağazada 1 manatdır;

15. Qanunsuz telefon işlətmək ayda 1000-2000 manat arasıdır;/Bakupost.az/

16. Otaqda xarab olan televizoru, elektrik çaydanını, qızıdırıcını, krantı və s. məhbuslar öz hesablarına bərpa etməlidir.

Bu sayı kifayət qədər uzatmaq olar.
Uzun sözün qısası, pulun varsa, həbsdə deyilsən, istirahət zonasındasan.
Həbs olunan icra başçıları və digər vəzifəli şəxslər çöldə yığdıqları milyonlarla yuxarıda qeyd etdiyim saxtakarlığa gedərək içəridə də kef edirlər.
Gələk Nizaməddin Quliyev ilə Ramiz Tatarova.
61 nömrəli otaqda idim. Qapıdan bir nəfər girdi. Həmin adam Gəncənin keçmiş icra baçısı Eyvaz Babayevin bacısı oğlu idi. Bildirdi ki, 24 nömrəli otağı dağıtdılar ki, bəs telefon işlədirsiniz. Amma telefon yox imiş. Həmin 24 nömrəli otaq supertəmirli otaqdır. 4 çarpayı var. Hər çarpayının qiyməti 500 manatdır. Məsələ başqa imiş. N.Quliyevi və R. Tatarovu Bakıdan Gəncə Ağır Cinayətlər Məhkəməsinə hökm oxunmaq üçün etap gətiriblərmiş, otaq da onlara hazırlanırmış.
Elə də oldu. Həmin şəxslər 24 nömrəli otağa yerləşdirildi. Təbii ki, pulsuz yox.
Hər ay sözügedən məbləği ödəmək şərtilə.
N.Quliyev və R. Tatarov otaqdakı supertəmiri belə bəyənməyərək, öz hesablarına otağı yenidən təmir etdirdilər. İkimərtəbəli çarpayıları çıxartdıraraq əvəzində divan, kreslo, yataq dəsti, böyük diaqonallı televizor, playstation, döşəməyə xalça və s. təşkil etdirdilər. Hətta kasıb məhbuslardan birini də (məhbusun öz istəyilə) özlərinə qulluqçu götürdülər.
Yəni həbs edilsələr də, adamlar keflərindən qalmırlar. Bunlar üçün başqa cəza növü düşünülməlidir. Yaxud digər məhbuslar kimi cəza çəkməyə məcbur edilməldirlər.

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button