Top.Mail.Ru
CƏMİYYƏT

Azərbaycan Diaspor Könüllüləri Hərbi Qənimətlər Parkında olublar – FOTO

Diasporla İş üzrə Dövlət Komitəsindən KAİM.az-a verilən xəbərə görə,  Azərbaycan Diaspor Könüllüləri Vətən müharibəsində qazanılmış şanlı zəfərimiz münasibətilə yaradılmış Hərbi Qənimətlər Parkını ziyarət ediblər.

Ziyarət zamanı diaspor könüllülərinə Ermənistan silahlı qüvvələrinə məxsus olan və Azərbaycan ordusunun cəsur döyüşçüləri tərəfindən qənimət kimi ələ keçirilən hərbi texnikalar, Füzuli, Cəbrayıl, Ağdam, Tərtər və Goranboy istiqamətlərində Azərbaycan Silahlı Qüvvələri bölmələrinin dəf etdiyi mühəndis sistemləri, döyüş postları və əsgər kazarmaları barədə ətraflı məlumat verilib. Könüllülər parkın ərazisindəki videozalda Azərbaycan Prezidenti, Ali Baş Komandan  İlham Əliyevin aparıcı media qurumlarına müsahibələrini və xalqa müraciətlərdən ibarət hissələri qürur hissi ilə izləyiblər.

Tədbir “Qarabağ Azərbaycandır!” şüarının səsləndirilməsi və xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan Diaspor Könüllüləri Vətən müharibəsi dönəmində  ölkəmizdə və xaricdə yaşayan vətənpərvər gənclərlə birlikdə ölkəmizlə bağlı aparılan informasiya savaşının, erməni yalanlarının və uydurmalarının qarşısını almaq üçün xüsusi fəallıq göstəriblər. Onlar facebook və twitter sosial media şəbəkələrində Dağlıq Qarabağ həqiqətləri, ermənilərin Qarabağda və ətraf ərazilərdə törətdikləri vəhşiliklər, cəbhədə baş verən təxribatlar haqqında, #KarabakhisAzerbaijan, #Karabakh, #StopArmenianAgression həştəqlərindən istifadə etməklə, minlərlə foto, video və digər məlumatlar paylaşırdılar.  Azərbaycan Diaspor Könüllülərinin təşəbbüsü ilə “Karabakh İs Azerbaijan!” adlı YouTube kanalı və Milli Platforma yaradılıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button