Top.Mail.Ru
CƏMİYYƏT

Yoluxmanın azalması nəticəsində toylara İCAZƏ VERİLİR? – AÇIQLAMA

Qarşıdakı aylarda toylarla bağlı bəlli qaydalar çərçivəsində yeni standartlar yaranacaq.

KAİM.az bildirir ki, bunu ARB24-ün “İş vaxtı” verilişinə açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

“Bu gün ölkəmizdə əhalinin 7-8 faizi peyvəndlənib. Lakin vətəndaşların 50-60 faiz vaksinasiya olunmayana və ya koronavirus məhv olmayana qədər bütün qadağaların aradan qaldırılması xəyalını reallığa çevirə bilməyəcəyik.

Düşünürəm ki, qarşıdakı aylarda rəqəmlər aşağı düşdükcə mədəni və sosial həyatımızda toyların keçirilməsi və s. kimi məqamlar üçün bəlli qaydalar çərçivəsində standartlar yaranacaq. Amma bu o demək deyil ki, pandemiya bitmiş vəziyyətdədir”, – o bildirib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button