Top.Mail.Ru
CƏMİYYƏT

Ermənilər Kəlbəcərdə qızıl yataqlarını atıb qaçıblar

Dağlıq Qarabağda Azərbaycan Ordusunun şanlı qələbələrindən sonra zərbə ardınca zərbə alan və misilsiz itkilər verən Ermənistanın itirdikləri ancaq döyüş meydanında olanlardan ibarət deyil. 

KAİM.az BAKU.W-ə istinadən xəbər verir ki, savaş ölkənin iqtisadiyatına da sağalmaz zərbələr vurmaqda davam edir. Şiddətli döyüşlərdən sonra işğal altında çalışan sərmayəçilər də hər şeyi ataraq bir-bir qaçmağa başlayıblar. Ermənistan uzun illərdir ki, işğal altında olan Azərbaycan ərazisindəki yeraltı sərvətləri qanunsuz şəkildə talayır.

Bunun üçün isə o bölgəyə beynəlxlaq şirkətləri cəlb edib. Bunlardan biri də Kəlbəcərdəki qızıl yataqlarını işlədən “GeoProMining Gold”dur. Adıçəkilən şirkət əməliyyatların başladığı bazar günündən bu yana bütün işləri dayandırıb. Şirkət rəhbərliyi əməkdaşlarının təhlükəsizliklərini təmin etmək, mədənlərin bombalanma təhlükəsi olduğu üçün işləri dayandırdığını açıqlayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button