Top.Mail.Ru
CƏMİYYƏT

DİN əməkdaşları ağacəkmə kampaniyası keçiriblər – FOTOLAR

ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ VƏ SAĞLAMLAŞDIRILMASI POLİSİN DƏ DİQQƏT MƏRKƏZİNDƏDİR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ekoloji mühitin, xüsusən yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələrinə, həmçinin formalaşmış ənənəyə uyğun olaraq, ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Daxili İşlər Naziriyinin əməkdaşları mayın 8-də Suraxanı rayonu ərazisindəki yaşıllıq massivində növbəti ağacəkmə kampaniyası keçiriblər.

Bu barədə KAİM.az-a DİN Mətbuat Xidmətindən məlumat verilib.

Polis əməkdaşları boş qalmış, əkin üçün yararsız ərazidə abadlıq və təmizləmə işləri aparıblar. Sonra yerli iqlimə uyğunlaşdırılmış şam və zeytun tinglərini xüsusi aqrotexniki qaydada qazılmış yerlərdə əkib, onların suvarılmasını təmin ediblər. Tinglərin küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırıblar.

Ərazinin nəzarətdə saxlanılması, əkilmiş ağaclara mütəmadi qulluq göstərilməsi üçün müvafiq tədbirlər bundan sonra davam etdiriləcəkdir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button