Top.Mail.Ru
CƏMİYYƏT

Azərbaycanda yüksək vəzifəli şəxs vəfat etdi – FOTO

Milli Aviasiya Akademiyasının Elmi-texniki informasiya və yeni texnikanın tətbiqi şöbəsinin rəisi Arif Ramazanzadə vəfat edib.

KAİM.az Report-a istinadla xəbər verir ki, o, 2000-ci ildən adıçəkilən şöbənin rəisi vəzifəsində çalışıb.

Məlumat üçün bildirək ki, Arif Ramazanzadə 1965-ci ildə Azərbaycan Dövlət Pedaqoji institutunu Fizika ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1965-ci ildə AMEA-nın Fizika institutunda başlayıb. 1969-cu ildə namizədlik dissertasiyasını müdafiə edib.

Qeyd edək ki, A.Ramazanzadə tanınmış alim Malik Ramazanzadənin oğludur. O, atasının yolu ilə gedərək fizika ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi, dosent olub.

Allah rəhmət eləsin!

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button