Top.Mail.Ru
CƏMİYYƏT

Müharibə sonrası stress pozuntularının aradan qaldırılması barədə müzakirə – VEBİNAR

Müharibə sonrası stress pozuntularının aradan qaldırılması xaricdəki azərbaycanlı mütəxəssislərlə müzakirə edilib.

KAİM.az xəbər verir ki, Niderland-Belçika Azərbaycanlılarının Koordinasiya Şurasının üzvü, psixoterapiya və qida terapiya mütəxəssisi İlkanə Yusifovanın və Tovuz Gənclər Evinin birgə təşəbbüsü ilə “Posttravmatik stress pozuntusu” mövzusunda vebinar təşkil edilib.

Tədbirdə müxtəlif reablitasiya mərkəzlərində çalişan psixoloqlar, İsmayılı rayonundakı Ailə və Uşaq Mərkəzinin əməkdaşları, sosial işçilər, qazilər  və başqaları iştirak ediblər.

Travmaların çözülməsi üzrə ixtisaslaşdığını bildirən İ.Hüseynli qeyd edib ki, pasientlərə müharibə sonrası travmaların, hazırda isə pandemiya dönəmindəki qorxuların da aradan qaldırılmasında yardım edir. II Qarabağ müharibəsindən sonra xalqımıza torpaqların azad edilməsi sevincini yaşadan igidlərimizə və onların ailə üzvlərinə bu sahədə necə dəstək göstərilə biləcəyinə, son aylarda bununla bağlı maarifləndirmə layihəsinə başladığına diqqəti cəlb edib.

Hazırda Amerikada yaşayan soydaşımız Aytəkin Hüseynli də tədbirdə çıxış edərək mülki həyatda zorakılıqla üzləşmiş insanların psixoloji durumlarından  danışıb, bu sahədə Amerika təcrübəsini bölüşüb.

Vebinarı daha ətraflı şəkildə aşağıdakı linkdən izləmək mümkündür:

https://business.facebook.com/QaziVeSehidAilelerinePsixososialDestek/videos/2233177436812775/

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button