Top.Mail.Ru

CƏMİYYƏT

Avstriyadakı azərbaycanlı uşaqlar “YAŞAT” marafonuna qatılıblar – FOTOLAR

Vyanada fəaliyyət göstərən Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin (AZER-DER) nəzdindəki “Aybalam” uşaq qrupunun üzvləri “YAŞAT” xeyriyyə marafonuna qatıldıqlarını bəyan ediblər.

KAİM.az-ın xəbərinə görə, “AZER-DER”in sədri Yardım Günəş bildirib ki, “Aybalam”çılar topladıqları vəsaitlərini Vətən müharibəsində canından və qanından keçən şəhid və qazilərin ailələrinin dəstəklənməsi məqsədilə Azərbaycan Diasporuna Dəstək Fondunun və “YAŞAT” Fondunun birgə təşkil etdikləri “YAŞAT” xeyriyyə marafonuna ianə ediblər.

“Özümüz üçün topladığımız pulları sevə-sevə “YAŞAT” marafonuna bağışlayırıq. Səninləyik, Can Azərbaycan!, Yaşasın Azərbaycan!”, – deyə qrup üzvləri bildiriblər.

Loading...
Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button