Top.Mail.Ru

CƏMİYYƏT

Rus kəşfiyyatının ölüm sifarişi – Çeçen komandirin ölümündə Ramzan Kadirov izi

Almaniyada keçmiş Çeçen komandirini, Rusiyanın sifarişi ilə öldürməkdə ittiham edilən şəxsin məhkəmsi olacaq.
Ötən ilin avqust ayında Berlində 40 yaşlı çeçen komandiri, Tornike Kavtaraşvilinin vurulması Rusiya-Almaniya münasibətlərində gərginliyə səbəb oldu. Almaniya vəkilləri hadisəni Rusiyanın sifarişi ilə Vadim Krasikovun törətdiyini söylədirlər. Sui-qəsddə Rusiyanın əli olduğunu deyən Almaniya iki rus diplomatını ölkədən qovduqdan sonra hadisə daha da böyüməyə başladı. Moskva iddiaların əsassız olduğunu açıqlasada, Rusiya Prezidenti Vladimir Putin, öldürülən Tornike Kavtaraşvilini Qafqazda Rusiya qüvvələrinə qarşı separatçılarla döyüşən və eyni zamanda Moskva metrosunda bombalı hücumlarda iştirak edən çox qəddar və terrorçu olaraq adlandırmışdı. Hadisə ilə bağlı çıxış edən Kansler Angela Merkel, qətlin Berlin ilə Moskva arasındakı əməkdaşlığı pozduğunu söylədi. Bellingcat araşdırma qrupu, hadisədə şübhəli bilinən 54 yaşlı Vadim Krasikovun Qazaxıstanda böyüyən rus vətəndaşı olduğunu, Rusiya kəşfiyyat xidməti tərəfindən hazırlandığını bildirib. Oktyabrın 7-si onun Berlində məhkəmsi keçiriləcək.
Qeyd edək ki, 2019-cu ilin 23 avqustunda Tornike Kavtaraşvili məsciddən qayıdarkən iki dəfə başından vurulduqdan sonra meşədə basdırılmışdı. Kavtaraşvili 2000-2004-cü illər arasında Çeçenistan müharibəsində bir Çeçen qrupunun lideri olmuş və Rusiyaya qarşı döyüşüb. Məhz buna görə Rusiyanın onu öldürmək tapşırığı verildiyi bildirilir. Eyni zamanda cinayətdə Çeçenistan prezidenti Ramzan Kadirovun da adı hallanır.
Tornike Kavtaraşvili 2016-ci ildən bəri Almaniyada qaçın həyatı yaşayadığı da deyilir.
Şəbnəm Zahir
Kainat.tv

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button