Top.Mail.Ru

CƏMİYYƏT

İsraildə 28 May – Respublika Günü münasibətilə virtual tədbir keçirilib

İsraildə fəaliyyət göstərən “Azİz” İsrail–Azərbaycan Beynəlxalq Assosiasiasının təşkilatçılığı ilə 28 May – Respublika Gününün 103-cü ildönümünə həsr olunmuş virtual tədbir keçirilib.

KAİM.az xəbər verir ki, onlayn tədbirə İsraildə yaşayan azərbaycanlı və yəhudi icmalarının 40-a yaxın üzvü qatılıb. Tədbirin moderatotu “Azİz” İsrail–Azərbaycan Beynəlxalq Assosiasiasının İdarə Heyətinin üzvü, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman bu tarixi hadisə ilə bağlı dünya azərbaycanlılarını və yerli ictimaiyyəti təbrik edib. Eyni zamanda, Azərbaycan Diasporuna Dəstək Fondunun təşkil etdiyi “YAŞAT” xeyriyyə marafonu ilə bağlı məlumatları bölüşüb.

Tədbirdə tarixçi, kolleksioner Leonid Liflend, “Sholumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tov, tarixçi Fuad Axundov, mühəndis İosif Keylixis (heykəltəraş, Azərbaycan SSR-in Əməkdar incəsənət xadimi Yakov Kellixisin nəvəsi) və başqaları çıxış edərək, 103 il öncə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından danışıblar. Türk və islam dünyasına nümunə olan parlament respublikasının 23 aylıq fəaliyyəti zamanı əldə etdiyi nailiyyətlərə, xalqımızın azadlıq və müstəqillik mübarizəsi salnaməsinə qızıl hərflərlə həkk olunmuş 28 May tarixinin bütün dünyada qeyd olunmasına diqqət cəlb edilib.

Loading...
Yazının davamı reklamdan sonra

Tədbir çərçivəsində Azərbaycanda təşəkkül tapan bir sıra ənənələrdən, o cümlədən Azərbaycan çayının tarixindən və xüsusiyyətlərindən də ətraflı danışılıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button