Top.Mail.Ru
CƏMİYYƏT

Finlandiyada 28 May-Respublika Gününə həsr olunmuş bilbordlar quraşdırıldı – FOTO

Finlandiyanın paytaxtı Helsinki şəhərinin mərkəzində dəmiryolu vağzalında və metro stansiyasında, metro , tramvay və qatarın içərisində “28 May- Azərbaycanın Respublika Günü!” şüarı yazılmış rəqəmsal lövhələr quraşdırılıb.

KAİM.az xəbər verir ki, iri ekranlarda nümayiş etdirilən və şəhər mərkəzində insanların ən sıx olduğu yerdə quraşdırılan ekranlar Helsinki sakinlərinin, şəhərdəki turistlərin marağına səbəb olub.

Layihə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Finlandiyada fəaliyyət göstərən Azər-Türk Gənclər Təşkilatının rəhbəri, Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarovanın təşəbbüsü ilə həyata keçirilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button