Top.Mail.Ru
CƏMİYYƏT

Amsterdamda 28 may – Respublika gününə həsr edilmiş bilbordlar yerləşdirildi – FOTO

28 may tairixində Niderland Krallığının Amsterdam şəhərində (Kalverpassage, Kalverstraat küçəsi) 28 May- Respublika Gününə həsr olunmuş reklam xarakterli bilbord quraşdırılıb.

KAİM.az xəbər verir ki, şəhərin mərkəzində yerləşən ticarət mərkəzində quraşdırılan bilbord yerli sakinlərin marağına səbəb olub.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə həyata keçirilən layihə Niderland-Belçika Azərbaycanlılarının Koordinasiya Şurasının koordinatoru, Avropa Azərbaycanlıları Media Qrupunun rəhbəri Emil Əliyevin təşəbbüsü ilə baş tutub.

Gün ərzində Krallığın digər şəhəri –Den-Haaqda De Passage küçəsində də eyni məzmunlu bilbord quraşdırılacağı gözlənilir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button