Top.Mail.Ru
CƏMİYYƏT

Daxili İşlər Nazirliyi görülən işlər barəsində vacib MƏLUMAT YAYDI

Polis orqanları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətindən KAİM.az-a verilən məlumata görə, mayın 26-da Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı H.Z.Tağıyev qəsəbəsi, Xəzri Bağları 2 massivi ərazisində məişət və digər qarışıq tullantıların qalaqlanması aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduğuna görə Sumqayıt şəhəri İcra Hakimiyyəti başçısının 1 saylı sahə inzibati ərazi dairəsinin vəzifəli şəxsi V.Qəhrəmanov barəsində protokol tərtib edilərək 3000 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button