Top.Mail.Ru
CƏMİYYƏT

Monteneqronun Lovçen zirvəsində Azərbaycan bayrağı dalğalandırıldı – FOTO

Azərbaycan–Monteneqro İqtisadi və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Monteneqronun dövlətçilik rəmzi hesab edilən Lovçen dağının zirvəsində Azərbaycan bayrağı dalğalandırılıb.

Diasporla iş üzrə Dövlət Komitəsindən KAİM.az-a verilən məlumata görə, mərkəzin direktoru Seyran Mirzəzadə bildirib ki, 28 May – Respublika Günü münasibətilə soydaşlarımız monteneqrolu dostları ilə birlikdə Lovçen dağının ən yüksək zirvəsində yerləşən Milli Parkı və Monteneqro hökmdarı II Petar Petroviç Nyeqoşun məqbərəsini ziyarət ediblər. Aksiya zamanı Azərbaycan və Monteneqro bayraqları dalğalandırılıb. Tədbirin gedişində Monteneqronun dövlət televiziya və radiosuna Azərbaycanın Respublika günü barədə müsahibə verilib.

Eyni zamanda, Azərbaycan–Monteneqro İqtisadi və Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Monteneqro və Bosniya xəbər saytlarında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 103-cü ildönümündən bəhs edən məqalələr də yayımlanıb.

Bojidar Proroçiçin qələmə aldığı məqalələrdə bildirilib ki, 28 may tarixində Azərbaycanda Respublika günü qeyd edilir. AXC-nin yaranma tarixi, fəaliyyəti, ictimai-siyasi, iqtisadi və humanitar sahələrdə həyata keçirdiyi islahatlar, əldə etdiyi nailiyyətlər və süqutu barədə ətraflı məlumat verilib. 1991-ci ildə xalqımızın dövlət müstəqilliyini yenidən bərqərar etdiyi, dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi naminə misilsiz xidmətlər göstərdiyi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dinamik inkişaf edən ölkələrdən birinə çevrildiyi, ölkəmizin ərazi bütövlüyünün təmin olunduğu nəzərə çatdırılıb.

Məqalələri daha ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:

http://www.bosnjaci.net/prilog.php?pid=72944&fbclid=IwAR0TC7aoBuypoY2gy_m2xbCzE-P-Xl5Bv_J-qMcRyZSn9dxY9vO2CGBChOY

http://crnogorskiportal.me/sadrzaj/5073?fbclid=IwAR1q-i1qluvzTpjjnf2lMwJG8ze4uqtHlRc_9FhxxjVax7PF6B2_m7xT6tE

https://odgovor.me/2021/05/28/azerbejdzan-slavi-103-godisnjicu-nezavisnosti-bozidar-prorocic/?fbclid=IwAR1jXJ7zRvtjnNnk8K-E0KmGASqUtSJQHKi11X702DoQX6PlacbjSQbb8XQ

https://bhdinfodesk.com/2021/05/28/azerbejdzan-slavi-103-godinsnjicu-nezavisnosti/?fbclid=IwAR07cbLiScwC3XWddN6Lu9eCnvjK7mXRTwhp1va3WjTQxflGnV31ZTZupqg

https://skalaradio.com/azerbejdzan-slavi-103-godisnjicu-nezavisnosti/?fbclid=IwAR2hHRtIEC7MiymYCLoolU0vrnm-VQDpagdgOb1Apirx8FXsKDOUisJ-xAg

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button