Top.Mail.Ru
CƏMİYYƏT

DİN VACİB MƏLUMAT YAYDI: İctimai Şuraya seçkilər KEÇİRİLDİ – NƏTİCƏ

Məlum olduğu kimi əvvəlcədən verilmiş elana uyğun olaraq, iyunun 3-də Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirildi. Seçkinin qanunvericiliyin tələblərinə uyğun və şəffaf  keçirilməsi üçün bütün zəruri tədbirlər tətbiq edilmişdir.  

DİN Mətbuat Xidmətindən KAİM.az-a verilən məlumata görə, seçkidən öncə əlçatanlığın və şəffaflığın təmini məqsədilə qeydə alınmış namizədlərin və seçicilərin siyahıları DİN-in rəsmi saytında (mia.gov.az) və bütün sosial şəbəkələrdəki rəsmi səhifələrində (polisazerbaycan) əvvəlcədən yerləşdirilmişdir. Seçki günü namizədlərdən yalnız 2 nəfəri – Mehriban Zeynalova və Əliməmməd Nuriyev yetərli səs toplayaraq seçilmişlər.

Digər namizədlərin seçilməsi üçün iyun ayının 7-də saat 10:00-da DİN-in Azadlıq prospektindəki inzibati binasında təkrar seçkinin keçirilməsinə qərar verilmişdir. Seçkinin nəticəsindən narazı qalan namizədləri, onların nümayəndələrini, eləcə də maraqlı olan KİV təmsilçilərini növbəti seçki prosesini izləməyə dəvət edirik.

Tələb olunan sayda səs toplaya bilməyən 38 namizəddən isə yalnız 5 nəfərin qeyri-obyektivlik göstərərək seçkinin nəticələrinə şübhə ilə yanaşmaları təəssüf doğurur. Bir daha bildiririk ki, seçki qanunvericiliyin tələblərinə uyğun şəffaf atmosferdə keçirilib. Biz seçkidə iştirak edən namizədlərin hər birinə, seçilib-seçilməməsindən asılı olmayaraq həmişə hörmətlə yanaşmışıq və bundan sonra da bu münasibət  davam etdiriləcəkdir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button