Top.Mail.Ru
CƏMİYYƏT

AAYDA-da yüksək vəzifə sahibi olan Pərviz Əliyev ürəkqüsurlu övladına ZÜLM EDİR – Xanımından ŞİKAYƏT

KAİM.az-a daxil olan şikayət ərizəsində AAYDA-da məsul vəzifədə çalışan Pərviz Əliyevin keçmiş həyat yoldaşı Süleymanova Kəmalə xanım ailə münaqişəsi zəminində Pərviz Əliyev tərəfindən ona və övladına qarşı törədilən haqsızlığa son qoyulması məqsədilə Cənab Prezident İlham Əliyevə, Birinci Xanım Mehriban Əliyevaya, elecə də Pərviz Əliyevin məsul vəzifə tutduğu AAYDA-nın rəhbərliyinə , xüsusilə AAYDA-nın sədri Saleh Məmmədova müraciət edərək ədalətin bərpa olunmasını tələb edir.

Xanım qeyd edir ki, keçmiş həyat yoldaşı Pərviz Əliyev onu və oğlu Rəhmanı (ürək qüsurlu) yaşadığı evdən çıxarmağa cəhd edir və əvəzində kommunikasiya xidmətləri olmayan, şəhərdən kənarda yerləşən yarım tikilini təklif edir.

“Dəfələrlə məhkəməyə müracət etsəm də, övladımın Pərviz tərəfindən tapdalanmış hüququnu bərpa edə bilmədik . Məhkəmənin ədalətsiz qərarları Pərvizə daha da güc verdi. Məhkəmə posesində o, Saleh Məmmədovun adından istifadə edərək bizi təhdid edərək, əlaqələrindən istifadə etməklə hakimə təsir göstərərək məhkəmə qərarını bizim əleyhimizə çıxarmağa nail oldu. Hazırda o, öz doğma övladı ilə əlaqə saxlamaqdan, hətta görüşməkdən imtina edir, uşağın xəstə olduğunu nəzərə almadan onu təhqir edir, evinə – onunla görüşə gəlməkdə təqsirləndirir.

Öz doğma övladına – gələcəyin əsgərinə laqeyd olan insanın dövlətçilik maraqlarına nə dərəcədə məsuliyyətli olmağı aydın görünür. Təhsilim olduğu halda birgə yaşadığımız dövrdə heç bir yerdə işləməyimə icazə verməyib. Bu gün məni vicdansızca övladımla birlikdə evimdən bayıra atan bir adam işlədiyi AAYDA-nın sədri Saleh Məmmədovun adından istifadə edərək topladığı külli miqdarda var-dövləti öz doğma övladından əsirgəyərək hər gün restoranlarda, bahalı maşınlarda gəzir, gününü eyş-işrət məclislərində keçirir” – deyə şikayətçi bildirir.

Kəmalə xanım qeyd edir ki, evli olduğumuz vaxtlarda Pərviz iş yoldaşı olan bir xanımla (Kəmalə xanım adının qeyd olunmasını istəmir) sevgi macərası yaşayıb və utanmadan onun şəklini oğluna da göstərib.

“Ailəmizin dağılmasında əsas səbəblərdən biri də bu xanımla olan münasibətidir. Xahiş edirəm, aidiyyatı orqanlar bu adam haqqında lazımi ölçü götürsünlər” – deyə Kəmalə xanım müraciət edir.

P.S. Ərizədə qeyd olunan nüansların xanımın və onun xəstə övladının əleyhinə olduğu üçün məsələyə həssas yanaşmanızı və araşdırma aparmağınızı xahiş edirik.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button