Top.Mail.Ru
CƏMİYYƏT

DİN vətəndaşlara və sosial şəbəkə istifadəçilərinə bu səbəbdən təşəkkür etdi

Bakıda keçirilən “Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunduğundan sürücü və piyadaların mənzil başına təhlükəsiz çatmaları, həmçinin, nəqliyyatın fasiləsiz hərəkətinin təmin edilməsi məqsədi ilə polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət apardılar.

DİN Mətbuat Xidmətindən KAİM.az-a daxil olan e-poçtda qeyd olunur:

“Məhdudiyyət tədbirlərini anlayışla qarşılayıb dəstəkləyən, bu sahədə müəyyən edilmiş tələblərə nəzarəti həyata keçirən daxili işlər orqanları əməkdaşlarının çətin və məsuliyyətli fəaliyyətini yüksək qiymətləndirən bütün vətəndaşlarımıza, eyni zamanda polis əməkdaşlarının xidməti fəaliyyətini əks etdirən foto və videoları öz səhifələrində paylaşaraq onlara mənəvi dəstəklərini nümayiş etdirən sosial şəbəkə istifadəçilərinə dərin təşəkkürümüzü bildiririk.”

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button