Top.Mail.Ru
CƏMİYYƏT

Fransadakı “Qarabağ” məktəbinin şagirdləri əhalinin diqqətini mina təhlükəsinə cəlb ediblər – FOTO

Fransanın Nant şəhərindəki “Qarabağ” Azərbaycan həftəsonu məktəbinin növbəti dərsi zamanı təhlükə mənbəyi olan mina mövzusundan danışılıb.

KAİM.az xəbər verir ki, şagirdlərə mülki insanların həyatı üçün xüsusi təhlükəyə çevrilən minalar, onlarla ehtiyatlı davranma qaydaları barədə ətraflı məlumat verilib.

Bildirilib ki, hazırda azad edilmiş torpaqlarımızda Ermənistan silahlı qüvvələri tərəfindən çoxlu sayda minalar yerləşdirilib. Rəsmi İrəvanın mina xəritələrini Azərbaycana təhvil verməkdən imtina etməsi isə həmin ərazilərdə yenidənqurma işlərinin aparılmasına, məktəblərin, uşaq bağçalarının tikilməsinə və azərbaycanlıların doğma torpaqlarına qayıdışına böyük əngəllər törədir. Minaların böyük faciələrə səbəb olduğu, belə faciələrdən birinin 4 iyun tarixində Kəlbəcər rayonunda yaşandığı bildirilib.

Dərsin sonunda şagirdlər minaların təhlükəli olmasını əks etdirən plakatları nümayiş etdiriblər. Onlar Fransa ictimaiyyətini bu hadisəyə biganə qalmamağa, mina xəritələrinin verilməsilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə, uşaqların valideynsiz qalmasına yol verməməyə səsləyiblər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button