Top.Mail.Ru
CƏMİYYƏT

MÜHÜM AÇIQLAMA: Ağdam başlanğıcdır, digər rayonların da…- Deputat

“Ağdam başlanğıcdır, digər rayonların da minalanmış ərazilərin xəritələrin alınmasına nail olacağıq. Azərbaycan döyüş meydanında qalib olduğu kimi, diplomatiya platformalrında da qalibdir”.

KAİM.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili qeyd edib ki, ermənilər işğaldan azad olunmuş ərazilərin minalanmasının xəritələrini verməməklə müharibə cinayətlərini davam etdirir: “Ölkələr müharibəsiz dövürdə insanlara təhlükə yaradan minaların daşınması, basdırılması, saxlanması və basdırılmış ərazilərin xəritələrinin verilməməsi ilə əlaqdar öhdəliklər götürərərək beynəlxalq konvensiya imzalayırlar. Ermənistan da 1999-cu ildə Cenevrə konvensiyasına qoşulub. Amma görünən odur ki, erməni üçün beynəxalq konvensiyalar özləri üçün lazım olanda işləyir, imzaladığı konvensiyaların və beynəlxalq hüququn tələblərinə əməl etmirlər.

Qarabağ münaqişəsinin başa çatmasından keçən 7 aya yaxın vaxtda 150-yə yaxın mülkü və hərbi şəxslərimiz ermənilərin basdırdıqları minalara düşərək həlak olmuş və ya sağlamlıqlarını itirmişlər. İşğaldan azad olunmuş ərazilərimizə ermənilər o qədər mina basdırıb ki, bu ərazilərin hər kvadratmetrini təhlükə mənbəyi kimi qəbul etməliyik. Erməni polkovniki mətbuata açıqlanmasında qeyd etmişdi ki, təkcə Kəlbəcərə 3 yük maşını mina basdırıblar. Sanki ermənilər bu illər ərzində elə mina badırmaqla məşğul olublar. Görünür nə qədər imkanları olubsa, hamısnı ancaq mina basdırmağa xərcləyiblər. Ermənilər ərazilərimizdə saysız-hesabsız minalar basdırmaqla həm bizim üçün təhlükə mənbəyini yaradıblar, həm də öz vətəndaşların sosial rifahına xərclənməli olduğu pullarını düşmənçillik və iyrənc əməllərin reallaşmasına xərcləyiblər. Əgər minalanmış ərazilərin xəritələri verilərsə, dəqiq biləcəyik ki, hansı ərazilərdə nə qədər və hansı ardıcıllıqla minalar basdırılıb. Bu, minatəmizləmə işimizi asanlaşdırar”.

Azər Badamov hesab edir ki, Prezident İlham Əliyevin qətiyyəti və pinsipallığı sayəsində Ağdam rayonun minalanmış ərazilərin xəritələri ölkəmizə verilib: “Ölkə başçımız bütün rəsmi və qeri-rəsmi görüşlərdə məsələni önə çəkmiş və Ermənistanı bu məsələdə məcbur edilməsinə çağırışlar etmişdi. Bu, eyni zamanda diplomatiyamızın qələbəsidir. Siyasətçilərimiz və diplomatlarımız bütün səfərlərdə və mətbuatdakı çıxışlarında Ermənistanı minalanmış ərazilərin xəritələrin bizə verilməməsində hərbi cinayətlərin münaqişəsiz dövürdə də davam etdirdiyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Nəhayət ki, Ağdam rayonun minalanmış ərazilərin xəritələri verildi. Verilən məlumata görə, Ağdam rayonunda 97 min mina basdırılıb. Bu, bəşər tarixində görünməmiş dəhşətdir. Bəlli olur ki, ermənilər torpaqlarımızı işğal etdiyi dövrdə ancaq dağıtmaq və mina basdırmaqla məşğul olublar. Ağdam rayonunu elə minalayıblar ki, Azərbaycan ordusu birbaşa hücum edib hərəkətə keçə bilməsin, böyük itkilərə məruz qalsın. Amma Ali Baş Komandanımız ermənilərin hiyləsini başa düşərək onlar üçün sürpiriz hücum taktikasını hazırlayaraq ortaya qoyub və Ağdam bir güllə atmadan bizə qaytarıldı. Ermənilər bilirdilər ki, Azərbaycan öz ərazilərini azad etmək üçün nə vaxtsa müharibə edəcək. Ona görə də torpaqlarımızı işğal etdikləri dövrdə minalayıblar”.

Deputat deyir ki, Ağdamın minalanmış ərazilərin xəritələrin verilməsi minadan təmizlənmə işlərinin sürətlənməsinə imkan verəcək: “Əgər burda ermənilərin hiyləsi yoxdursa, minalanmış ərazilər konkret məlumdur və bütün ərazilərdə axtarış etməyinə ehtiyac qalmır. Təbii ki, təhlükəsizliyin təmin olunması, yenidən qurma və bərpa işlərinin tez reallaşmasını, o cümlədən qaçqın və məcburi köçkünlərimizin qayıdışını da sürətləndirəcəkdir. Düşünürəm ki, Ağdam başlanğıcdır və digər rayonların da minalanmış ərazilərin xəritələrin alınmasına nail olacağıq. Azərbaycan döyüş meydanında qalib olduğu kimi, diplomatiya platformalrında da qalibdir. Çünki ədalət və beynəlxalq hüquq Azərbaycanın tərəfindədir”./Teleqraf

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button