Top.Mail.Ru
CƏMİYYƏT

Ədliyyə naziri onu yüksək vəzifəyə TƏYİN ETDI

Ədliyyə naziri Fikrət Məmmədov nazirliyin Baş idarəsinə yeni rəis təyin edib.

Unikal.org-un məlumatına görə, nazir F.Məmmədovun əmri ilə Cəfərov İlqar Xanlar oğlu Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə rəis təyin edilib.

O, bu təyinata qədər Məhkəmə Ekspertizası Mərkəzində rəis vəzifəsində çalışıb.

Qeyd edək ki, bir müddət öncə Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayev vəzifəsindən azad olunmuşdu.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir