Top.Mail.Ru

CƏMİYYƏT

Saatıyla birgə şəhid olan Mayor Rahib Babayev – Şəhadət zirvəsindəki ilk DOĞUM GÜNÜN MÜBARƏK!

Bu gün sənin günündür, sənin mövludundur, sənin torpağı VƏTƏN edən günündür.

Bu gün üz qoyduğun, uğrunda canını verdiyin torpağın ən uca məqamında-cənnətdə, Şəhadət zirvəsində ilk ad gününü qeyd edirsən…

Rahib Babayev hələ 7-ci sinifdə oxuyarkən qəti qərarını verdi –  hərbçi olacağam. Heç kim onun qərarına qarşı çıxmadı. Onu bu yola vadar edən əsas səbəblərdən biri də Qarabağımızın mənfur ermənilər tərəfindən işğal altında olması idi ki, Rahib də bundan çox rahatsız idi.

Loading...
Yazının davamı reklamdan sonra

2006-cı ildə H.Əliyev adına Ali Hərbi məktəbi bitirən Rahib Babayevin sonrakı yolu bir neçə N saylı hərbi hissələrdən keçir. İlk komandiri General Polad Həşimov olan Rahib xidmət etdiyi bütün hərbi hissələrdə rəhbərliyin hörmət və nüfuzunu qazanır, bir neçə fəxri fərman və medallarla təltif olunur.

Sentyabrın 27-də başlanan və Azərbaycan Ordusunun qələbəsiylə bitən müqəddəs savaşımızın ilk günündən ön cəbhədə olan Rahib Babayev tabor komandiri kimi ilk həmlədəcə Murovda iki postun alınmasında yaxından iştirak edir. Sentyabrın 29-da döyüşlərin qızğın vaxtında qolundan yaralansa da, meydanı tərk etmir, əksinə yaralanan bir neçə əsgərin həyatını xilas edir.

Bir gün sonra ağır yaralanan mayor Rahib Babayev 35 yaşında şəhidlik zirvəsinə ucalır. Qəribədir ki, xidmət yoldaşlarının dediyinə görə, Rahib gözlərini yumandan sonra qolundakı saat da dayanır. Xidmət dövrünün səkkiz ilini Murovdağda keçirən Rahib, elə burda da şəhadətə yüksəlir.

Məşhur “Canavar” postunun alınmasında Rahibin göstərdiyi şücaətdən indi də ağısdolusu danışırlar.

“Azərbaycan Bayrağı” ordeni, “Vətən Uğrunda” və “Kəlbəcərin azad olunması uğrunda” medalı ilə təltif olunan Rahibin özündən sonra üç gül balası qalıb.

Mələk, İbrahim və Əli bu gün atalarının adıyla fəxr edirlər.

Cənnətdəki ilk doğum günün mübarək, Şəhidim!!!

Kamal Əliyev

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button