Top.Mail.Ru
CƏMİYYƏT

Polis orqanlarında xidmət etmək istəyən gənclərin sıra baxışı keçirilib – FOTO

İyunun 25-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında və Əlahiddə Çevik Polis Alayında vakant sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən KAİM.az-a bildiriblər ki, nazir hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə ayrı-ayrılıqda maraqlanıb.

Kütləvi informasiya vasitələrində, o cümlədən nazirliyin rəsmi saytında və sosial şəbəkələrdəki səhifələrində əvvəlcədən verilmiş elana uyğun olaraq, DİN-ə onlayn qaydada müraciət etmiş iddiaçılardan daha hazırlıqlı olan 203 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Onlardan 33 nəfəri torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmiş gənclər, 5-i isə şəhid ailələrinin üzvləri olub.

Gənclərlə görüşdə çıxış edən nazir Vilayət Eyvazov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ölkəmizin hərtərəfli inkişafında, həmçinin 44 günlük Vətən müharibəsində gənclərimizin böyük rolu olduğunu, onların müxtəlif sahələrdə uğurla fəaliyyət göstərdiklərini və ölkəmizin ümumi inkişafına böyük töhfə verdiklərini xatırladıb. O, seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul olunacaq gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb və tövsiyələrini verib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button