Top.Mail.Ru
CƏMİYYƏT

Mədəniyyət naziri Anar Kərimov “Special Edition Talks” layihəsində çıxış edib

İyulun 14-də Azərbaycan Azərbaycan Respublikasının mədəniyyət naziri cənab Anar Kərimov İslam Əməkdaşlığı Gənclər Forumu (IYCF) tərəfindən təşkil edilən xüsusi silsilə çıxışlar (Special Edition Talks) çərçivəsində Fəxri Qonaq qismində “Gənclər və mədəniyyətin formalaşdırılması” mövzusunda çıxış etmişdir.

KAİM.az xəbər verir ki, parlaq gələcəyin qurulmasında və mədəniyyətin dayanıqlı inkişafında gənclərin həlledici rolundan söhbət açan Anar Kərimov əvvəlcə bu sahədə dünyada və ölkəmizdə müşahidə olunan müasir meyllərdən danışdı. Yaradıcı gənclərin dəstəklənməsi naminə Mədəniyyət Nazirliyi tərəfindən təkcə COVID-19 pandemiyası dövründə 30-dan çox layihənin reallaşdırıldığı qeyd edildi.

Beynəlxalq səviyyədə gənclərin mədəniyyətdə rolunun artırılması məqsədilə Azərbaycanın dəstəyi ilə həyata keçirilən layihələrdən söz açan nazir, son illər dünyada cərəyan edən müxtəlif proseslər, rəqəmsallaşma, IV Sənaye İnqilabı kimi hadisələrin fonunda mədəniyyətin üzləşdiyi çağırışlardan da danışdı. Texnoloji inqilablar əsrində mədəniyyətə yeni baxışın formalaşdırılması və mədəni dəyərlərin qorunmasının önəminə diqqət çəkildi. Bütün dünyada insanların artan məşquliyyətləri və azalan vaxtı çərçivəsində gündəlik həyat tərzlərinin onları robotlaşdırmaması üçün mədəniyyətin ruhlandırıcı və yüksək estetik zövq formalaşdıran təsirlərinin güclənməsinin zərurətə çevrildiyi vurğulandı.

Çıxışda həmçinin, Azərbaycanın təşəbbüsü ilə 2008-ci ildə yaradılan “Bakı Prosesi” qlobal təşəbbüsü və bu çərçivədə dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə birgə təşkil olunan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları , eləcə də, Gənclər üçün təşkil olunan panellər haqqında məlumat verildi.

Mədəni müxtəlifliyin qorunması istiqamətində ölkəmizin beynəlxalq miqyasda olduqca fəal olduğunu bildirən A.Kərimov, buna baxmayaraq 30 il müddətində Azərbaycanın işğal edilmiş ərazilərində mədəni irsin planlı şəkildə məhv edildiyini və bu ərazilərin Azərbaycanın özü tərəfindən 44 günlük Vətən müharibəsində azad olunmasına qədər mədəniyyətə təcavüzün dayandırılmadığını bildirdi.

Mədəniyyətin sülhə dəstək verdiyi kimi, sülhün də mədəniyyətin inkişafı üçün əsas şərt oluğunu vurğulayan Anar Kərimov müharibələrin və vandalizmin mədəniyyəti hədəf seçdiyini, bütün dünyada bunun qarşını birdəfəlik almaq məqsədlə Mədəniyyət Nazirliyi tərəfindən “Mədəniyyət üçün sülh” (#Peace4Culture) qlobal çağırışının və çağırış çərçivəsində “Sülh üçün yarat” (#Create4Peace) kampaniyasının elan edildiyini qeyd etdi. BMT-nin Sivilizasiyalar Alyansı və İSESKO kimi beynəlxalq təşkilatların çağırışı dəstəklədikləri vurğulandı.

Sonda nazir Anar Kərimov onlayn görüşdə iştirak edən gəncləri maraqlandıran sualları cavablandırdı.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button