Top.Mail.Ru
CƏMİYYƏT

Azərbaycanda yerləşən Cənubi Qafqaz NƏHƏNGİ – “AZGRANATA” MMC – FOTO

Cənubi Qafqaz regionununda yerləşən ən böyük meyvə şirəsi və şərab isehsalçılarından biri də Azərbaycan Respublikasının Ağsu rayonunda yerləşən “AZGRANATA” MMC-dir. Bu şirə və şərab emalı zavodunun açılış mərasimi 30 oktyabr 2011-ci ildə baş tutmuş və mərasimdə ölkə prezidenti İlham Əliyev də iştirak etmişdir.

Avropanın aparıcı şirkətlərindən gətirilmiş müasir avadanlıqlar vasitəsilə istehsal fəaliyyətini həyata keçirən müəssisə qısa müddətdə həm ölkə üzrə, həm də beynəlxalq səviyyədə müsbət mənada populyarlıq qazanmış və istehsal edilən məhsulların çeşidlərini genişləndirmişdir.

AZGRANATA istehsalı olan meyvə şirələri, kompot məhsulları, nar sousu, mürəbbələr, abqora həmçinin nardan, heyvadan və üzümdən emal edilən şərablar, meyvə araqları, Türk rakısı, vodka, viski, konyak və s. kimi brend məhsullar dünyanın 30 ölkəsinə ixrac edilir. Zavodun meyvə şirələri sahəsindəki illik istehsal gücü 100 milyon, alkoqollu içkilər sahəsindəki istehsal gücü isə 24 milyon şərti qablaşdırma təşkil edir.

Məhsuldar iş rejimi və zəhmətkeş kollektivin vəhdəti istehlakçılar tərəfindən düzgün dəyərləndirilmiş, şirkətin Azərbaycanın bir çox şəhər və rayonlarında 60-dək firma mağazalarının açılmasına səbəb olmuşdur.

Keyfiyyətli meyvələrin becərilməsi üçün ağacların əkildiyi torpaq tiplərinə qədər xüsusi önəm verən AZGRANATA şirkətinin üzüm bağları Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşən Ləngəbiz dağ silsiləsinin Adnalı yaylasının şimalında, dəniz səviyyəsindən 600-700 metr yüksəklikdə, nar bağları isə Ağsu rayonunda, Şirvan düzündə və Böyük Qafqazın cənub ətəklərində yerləşir.

Prezident İlham Əliyev 2017-ci ildə Şamaxı rayonuna səfəri çərçivəsində “AZGRANATA” MMC-yə məxsus 500 ha ərazidə üzüm bağları ilə tanış olmuş və şirkətin iş fəaliyyətini yüksək qiymətləndirərək bir sıra tapşırıq və tövsiyələrini vermişdir.

“AZGRANATA” MMC 10 ilə yaxındır ki, Azərbaycanın içki sektorunda uğurlu iş qabiliyyəti sayəsində istehlakçıların dərin rəğbətini qazanmışdır.

Şirkət ənənəvi olaraq bu il də Milli Mətbuatın yaranmasının 146-cı il dönümü ilə əlaqədar olaraq media-tur təşkil etdi. Media-tur “AZGRANATA” MMC-yə məxsus üzüm bağlarında və Ağsu rayonunda yerləşən zavodda keçirildi. Media təmsilçiləri istehsal müəssisəsində yaradılan müasir şəraitlə tanış oldu, istehsalat prosseslərini yaxından izləmək imkanı əldə etdi. Şirkətin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülvi Günəşli jurnalistlərə şirkətin fəaliyyəti və istehsal olunan məhsullar haqqında geniş məlumatlar verdi. Sonda qonaqlara “AZGRANATA” MMC-nin brend məhsullarından ibarət hədiyyə paketləri təqdim edildi.

Media nümayəndələri olaraq hesab edirik ki, MMC-nin bu cür alqışalayiq addımı Azərbaycan Respublikasında azad mətbuata və qərəzsiz informasiyaya olan hörmətin çoxsaylı simvollarından biridir.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button